Icma.az
close
up
RU
Vüqar Bayramov: Bu, Azərbaycanın gücünü təsdiq edir

Vüqar Bayramov: Bu, Azərbaycanın gücünü təsdiq edir

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Fevralın 19-da Azərbaycan Prezidentinin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak etməsi və ABŞ Prezidenti tərəfindən ölkəmiz ilə bağlı deyilən xoş sözlər Azərbaycanın regional gücünü və geosiyasi mövqeyinin daha gücləndiyini bir daha təsdiq edir.

 Sülh Şurası özündə eyni zamanda dünyanın aparıcı iqtisadi gücünü birləşdirir. Bu sadəcə həmin şurada ABŞ-ın təmsil olunması deyil, həmçinin qurumun genişlənməsi ilə bağlıdır. Alıcılıq qabiliyyəti indeksi nəzərə alınmaqla Sülh Şurasına üzv olan dövlətlərin birgə ÜDM-lərinin həcmi 54.4 trilyon dollardır. Bu dünya iqtisadiyyatının üçdə biri deməkdir. Deməli, söhbət 50 trilyon dollardan artıq iqtisadiyyatı olan dövlətlərin iclasından gedir".

Ölkə.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentdə çıxışı zamanı deyib.
 Onun sözlərinə görə, Azərbaycanın yüksək səviyyəli iclasa dəvət olunması ölkəmizə olan xüsusi diqqətin göstəricisidir. "Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çox vektorlu xarici siyasət Azərbaycanın Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb.

Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra Birləşmiş Ştatlar ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı müşahidə olunur. Qafqazda sülhə töhvə verməyə çalışan ABŞ ilə ikitərəfli əlaqələrimiz də inkişaf edir",-o əlavə edib. 

 Deputat qeyd edib ki, Azərbaycan Yaxın Şərqdə sülh və stabilliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı ölkədir: "Yaxın Şərq dövlətləri ilə əlaqələri son illər daha da gücləndirən Azərbaycan bir sıra region ölkələri birgə layihələri də reallaşdırır. Yeni qlobal və regional düzən fonunda Azərbaycanın geo-siyasi mövqeyi daha da güclənməkdədir.
Münhen konfransından sonra Azərbaycan Prezidenti İlham Əliyev Serbiyada rəsmi səfərdədir. Azərbaycan Prezidentinin səfəri, Azərbaycanla Serbiya eləcə də, Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı iqtisadi-enerji əlaqələrinin daha da dərinləşməsinə imkan yaradacaq. 
Daha sonra Sülh Şurasında təmsilçilik və Vaşinqtonda keçirilən ilk iclasda iştirak Azərbaycanın qlobal sülhün qorunmasında töhvə verən dövlətlərdən olmasından xəbər verir".

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Fevral 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri