Icma.az
close
up
RU
Vüqar Bayramovdan vacib təkliflər

Vüqar Bayramovdan vacib təkliflər

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin iclasında “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Sitat.info bildirir ki, deputat Vüqar Bayramov layihə barədə çıxış edib.

“Vacib qanun layihəsidir və İcbari Tibbi Sığorta Fondu anlayışı əsas anlayışlara daxil edilir. Eyni zamanda, fondun sərhədləri və formalaşma mənbələri daha aydın şəkildə təsbit edilir. Təklif edərdim ki, 1.1.18-ci maddə aşağıdakı redaktədə verilsin: “İcbari Tibbi Sığorta Fondu – səhiyyə xidmətlərinə universal çıxışı təmin etmək məqsədi ilə dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu”, - V.Bayramov deyib.

Deputat bildirib ki, səhiyyə xidmətlərinə universal çıxışın təmin edilməsinin qeyd edilməsi fondun ünvanlığını təsdiq etmiş olacaq:

“Digər tərəfdən, son 3 ildə fondun büdcə göstəricilərinin təhlili göstərir ki, bir sıra hallarda vəsaitlərin səhiyyə sisteminə yönəldilməsi deyil, qalıq kimi saxlanması müşahidə edilib. Son 3 ildə fondun təsdiq olunmuş büdcəsinin xərclərində artımlar qeydə alınıb. 2023-cü ildə fondun xərcləri 2 milyard 393 milyon manat təsdiq olunmuşdursa, bu göstərici 2024-cü ildə 2 milyard 850 milyon, 2025-cü ildə isə 2 milyard 941 milyon manat nəzərdə tutulmuşdu.

2025-ci ildən başlanan və bu il sürətlənən struktur və kadr islahatları fondun büdcəsinin stukturuna birbaşa təsir göstərib. İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsinin xərcləri 2 milyard 621 milyon manat məbləğində təsdiq edilib. Burada vacib məqam xərclərin maliyyələşmə mənbələrdir Belə ki, fondun büdcə gəlirləri 1 milyard 976 milyon manat olsa da və icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 645 milyon 460 min manat vəsait ayrılıb”.

Vüqar Bayramov deyib ki, bu sahədə həyata keçirilən sitemli islahatlar dövlət büdcəsindən ayrılan vəsaitə qənaət edilməsinə imkan yaradıb:

“Əgər 2025-ci ildə dövlət büdcəsindən fonda 1 milyard 416 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdursa, bu il dövlət büdcənin hesabına sığortalanmaya 900 milyon manat ayrılacaq. Yalnız əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına 2025-ci ildə 1 milyard 266 milyon manat nəzərdə tutulmuşdur. Nəticədə, əvvəlki illərdə olan qalıq hesabına yalnız dövlət büdcəsindən fonda ayırmalarda 516 milyon manat qənaət etmək mümkün olacaq.

Digər tərəfdən, 2025-ci ildə işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları 909 milyon manat təsdiq olunmuşdursa, 2026-cı ildə yığımlar 1 milyard manatdan çox olacaq. Göründüyü kimi, bu ildən etibarən dövlət büdcəsindən fonda ayırmalarda azalmalar, fondun öz gəlirlərində isə artımlar qeydə alınacaq. Bu isə hazırda müzakirə etdiyimiz fondun büdcəsinin dayanıqlığı baxımdan vacibdir.

İcbari tibbi sığortanın idarəedilməsi sahəsindəki struktur və kadr islahatları həmçinin vəsaitlərin səmərəli istifadəsinə imkan yaratmaqdadır. Konseptual olaraq səmərəlilik, şəffaflıq və əlçatanlıq prinsiplərinin daha yaxından tətbiqi müşahidə edilməkdədir.

Qanun layihəsinin 15-3.5-ci maddəsinin aşağıdakı redaktədə verilməsini təklif edərdim:

Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız bu Qanunun 15-27-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə ötürülmüş elektron resept əsasında yol verilir. Çünki yeni əlavə edilən 15-27-ci maddədə İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsi təklif edilir. Bu isə elektron resept anlayışının əsas anlayışlara gətirilməsi və 15-3.5-ci maddəyə daxil edilməsinə əsas yaradır”.musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sitat.info
archiveBu xəbər 13 İyul 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri