Icma.az
close
up
RU
Vüsal dayısına qarşı 1 milyonluq dələduzluqda ittiham olunur: “Ayda 12 min faiz verirdim”

Vüsal dayısına qarşı 1 milyonluq dələduzluqda ittiham olunur: “Ayda 12 min faiz verirdim”

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dayısına qarşı 957 min manatlıq dələduzluq etməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, 34 yaşlı Vüsal dayısı Fəxrəddin Mustafayevin obyektini sataraq pulunu ələ keçirməkdə ittiham olunub. Ona qarşı xüsusi ilə külli miqdarda dələduzluq etmək ittihamı irəli sürülüb.

İttihama görə, Vüsalın dayısı Rusiyada yaşayıb. Onun Bakıda obyektləri olub. Dayısı obyektləri icarəyə vermək, işlətmək üçün Vüsala baş etibarnamə verib. Vüsalın həmin baş etibarnamə ilə daysısının obektini sataraq 957 min manatı ələ keçirdiyi bildirilir.

Vüsal deyir ki, onu aldadan Elçin adlı sələmçidir. Vüsalın sözlərinə görə, dayısının obyektlərindən birini girov qoyaraq faizə pul götürüb. Həmin pulla həm biznes qurmaq, həm də dayısının digər obyektlərini təmir edərək icarəyə vermək istəyib. Onun sözlərinə görə, Elçin adlı maklerdən ayda 12 min manat ödəmək şərti ilə 338 min manat pul alıb. Lakin bunun qarşılığında obyektlərdən birini Elçin adlı şəxsin adıan keçirib. Vüsalın iddiasına görə, razılığa əsasən obyekt bir il ərzində başqa şəxsə satılmayacaq, borc ödənildikdən sonra geri qaytarılacaqmış. Vüsal bildirib ki, bütün bunlardan dayısı sonradan xəbər tutub.

İfadəsinin davamında Vüsal söyləyib ki, aldığı 338 min manatın bir hissəsini paltar biznesinə yatırıb, 80 min manatını faiz olaraq Elçin adlı şəxsin özünə qaytarıb, 30 min manata isə özünə maşın alıb. Sonra həmin maşını da sataraq şəxsi ehtiyaclarına xərcləyib.

Vüsalın dayısı Fəxrədd Mustafayev məhkəmə ifadə verən zaman Elçindən şikayətçi olduğunu deyib. Bildirib ki, Vüsal ondan xəbərsiz iş tutsa da cinayəti törədən Elçindir. Obyekti əlindən çıxan Fəxrəddin Elçin barəsində hüquq-mühafizə orqanlarına şikayətlər də edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi bu dələduzluq işində Vüsalı təqsirli bilib. Vüsal xüsusi ilə külli miqdarda dələduzluq etməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Avqust 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri