Vüsal Murtuzəliyev: Mənim üçün ağır günlər sona çatdı
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram."
APA xəbər verir ki, bu barədə aktyor sosial media hesabında paylaşım edib.
“Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum uzaq durmalıyam. Sadəcə narahatlığınızı anlayıb bu paylaşımı etməyə özümə borc bildim. Ölüm qaşla göz arasındadır. Özümə qarşı laqeyd yanaşırdım. Bəlkə də bu bir xəbərdarlıq idi ki, məni silkələdi. Təbii ki, bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacağam”, – deyə aktyor qeyd edib.
Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirildi
20 İyun 2025 00:55
Vüsal Murtuzəliyev özəl klinikaya köçürüldü
20 İyun 2025 23:18
Aktyor Vüsal Murtuzəliyev reanimasiyadan çıxıb
25 İyun 2025 11:53
Aktyor Vüsal Murtuzəliyev əməliyyat olundu Diaqnoz
21 İyun 2025 17:07
Aktyor Vüsal Murtuzəliyev əməliyyat olunub, reanimasiyadadır
21 İyun 2025 10:16

