Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Vüsal Xəlilov: Fintex yeni maliyyə paradiqmasıdır

Vüsal Xəlilov: Fintex yeni maliyyə paradiqmasıdır

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Fintex yeni maliyyə paradiqmasıdır. Mərkəzi Bank olaraq müvafiq sektorların siyasət və nəzarət konsepsiyalarını yaratmaq və həyata keçirməklə yanaşı, rəqəmsal maliyyə həllərinin təşviqi, innovativ texnologiyaların tətbiqi və inklüziv fintex ekosisteminin qurulmasını öz strateji prioritetlərimizdən biri kimi müəyyən etmişik".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov bu gün Bakıda keçirilən "FINTEX SUMMIT 2025 - Maliyyə və Texnologiyalar Sərgisi"ndə çıxışı zamanı deyib.

O, sözlərinə belə davam edib:

"Üzərində çalışdığımız açıq bankçılıq, paylanılmış KYC və xüsusilə ani ödənişlər sistemi layihələrinin fintexlərin inkişafı üçün mühüm rol oynayacağına inanırıq.

Məlumdur ki, qanunvericilik bazasının təkmilləşdirilməsi və onun icrasına nəzarət bizim əsas funksiyalarımızdır. Bu sahədə müvafiq assosiasiyalarla və onların ekspert qrupları ilə davamlı müzakirələr apararaq bazar iştirakçılarını narahat edən məqamları müəyyənləşdirib onları qanun və qaydaların yeni versiyalarında nəzərə almağı, nəticə etibarilə innovativ məhsul və xidmətlərin təhlükəsiz tətbiqinə imkan verən münbit hüquqi zəminin formalaşdırılmasını hədəfləyirik".

Sədr müavini xatırladıb ki, hazırda Mərkəzi Bank 2024-26-cı illəri əhatə edən "Maliyyə sektorunun inkişafı strategiyası"na uyğun olaraq riskəsaslı nəzarət mexanizmlərinin təkmilləşdirilməsini həyata keçirir və sözügedən təkmilləşdirmə çərçivəsində süni intellekt əsaslı modellərin geniş istifadəsi nəzərdə tutulur:

"Bu mövzuda paylaşmaq istədiyim əsas fikir ondan ibarətdir ki, nəzarət funksiyalarının fəaliyyəti qanunun aliliyini təmin edərək rəqabətli bazar mühitinin formalaşdırılmasına və sektorun potensial risklərdən qorunmasına xidmət edir".

V.Xəlilov qeyd edib ki, birbaşa bank hesabları üzərindən 24/7 rejimli ödənişlərin emalına imkan verən ani ödənişlər sisteminin inkişafı istiqamətində işlər davam etdirilir:

"Sistemin əhatə dairəsi, texniki dayanıqlılığı və funksionallığı artırılaraq, istifadəçilərə daha sürətli və rahat ödəniş imkanları təqdim edilir. 2024-cü ilin ilk dörd ayı ilə 2025-ci ilin müvafiq dövrü müqayisə edildikdə, ani ödənişlər sistemi vasitəsilə icra edilən əməliyyatların sayında 40%-dən çox artım müşahidə edilib. Sözügedən göstəricinin artım dinamikasını yaxından izləyir və növbəti aylarda indikator üzrə müsbət trayektoriyanın davam edəcəyini proqnozlaşdırırıq".

O bildirib ki, 2024-cü il ərzində ölkəmizdə fəaliyyət göstərən bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyənin ümumi həcmi 126 milyard AZN-dən artıq olub, bu isə 2023-cü illə müqayisədə 27%-lik artım nümayiş etdirib:

"Əlavə olaraq, 2025-ci ilin aprel ayına aid məlumatlara əsasən, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi 10 milyard AZN-ə yaxınlaşıb.

Eyni zamanda, 2025-ci ilin ilk dörd ayı ərzində ölkədaxili ödəniş kartları ilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 67%-dən, sayı isə 91%-dən çox olub. Bu isə ödəniş kartları ilə ölkədaxili edilən hər on əməliyyatdan doqquzunun nağdsız şəkildə həyata keçirilməsi deməkdir".

V.Xəlilov vurğulayıb ki, bu gün uğurlu fəaliyyət göstərən maliyyə institutları texnoloji şirkətlərə çevrilərək rəqəmsal biznes idarəetməsinə üstünlük verirlər:

"Bu sahədə uğurlu olan ölkə təcrübələrini təhlil etsək, birmənalı deyə bilərik ki, uğurun əsas amilləri kimi iki məqam ortaya çıxır: insan potensialı və standartların tətbiqi.

Mərkəzi Bankın dəstəyi ilə bu il ICPC - dünyada ən elit proqramlaşdırma yarışının finalı Azərbaycanda keçiriləcək. Bu o deməkdir ki dünyanın bütün universitetlərinin ən güclü proqramçıları Azərbaycana gələcəklər. Sözügedən yarış zamanı dünyanın əsas təşkilatlarının diqqəti Azərbaycanda olacaq, çünki qeyd etdiyim kimi, bu təşkilatların uğurlu olmasının səbəbi məhz yüksək bilik və bacarığa malik olan insan potensialıdır. "OpenAİ", "Meta", "Google" kimi təşkilatların aparıcı rəhbər və mühəndislərindən ibarət komandaların Azərbaycana ICPC alumniləri rolunda gəlməsi də ölkəmizin bu sahədə artan nüfuzunun bir göstəricisi kimi qiymətləndirmək olar. Hesab edirəm ki, finalın Azərbaycanda keçirilməsi bu sahənin populyarlaşmasında öz töfhəsini verəcək".

V.Xəlilov bildirib ki, hal-hazırda Mərkəzi Bank komandası İT idarəetmə, data idarəedilməsi və süni intellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir və yaxın zamanda yekun məhsulları sektora təqdim etməyi planlayır:

"Bu çərçivələr beynəlxalq standartlar əsasında formalaşır və təşkilatlarda olan proseslərin daha dayanıqlı, təhlükəsiz və effektiv olmasını hədəfləyir.

Bildiyiniz kimi, cari ilin aprel ayından etibarən yeni Məlumat və Kibertəhlükəsizlik üzrə qaydaların qüvvəyə minməsi sektorun təhlükəsizliyi üçün çox mühüm addım idi. Belə ki, nağdsız ödənişlərdən istifadənin genişlənməsi ilə kiberhücumların və dələduzluqların sayı arasında birbaşa korrellyasiya mövcuddur. Bu baxımdan kibertəhlükəsizliyə edilən investisiya cari dövrdə olduqca önəmlidir. Hazırda təşkilatlar qaydalara uyğunluğun tam təmin edilməsi üçün yol xəritələrini Mərkəzi Bankla razılaşdırır və tənzimləyici qurum olaraq biz bu sahədə təşkilatların gördüyü işi yüksək qiymətləndiririk".

"Sektor iştirakçıları bazarın inkişafı mövzusunda bir-birinə rəqib yox, tərəfdaş kimi yanaşmalı, ümumi məqsədlər naminə birgə hərəkət etməlidirlər. Güclü bir ekosistem məhz etimada, açıq dialoqa və ortaq məsuliyyətə əsaslanır. Bu baxımdan hər bir qurum, sadəcə, icraedici deyil, həm də təşəbbüskar olmalı, gələcəyin formalaşmasında fəal rol oynamalıdır. Yeni əməkdaşlıq modelləri və bu sammit kimi - qarşılıqlı müzakirələr üçün yaradılan platformalar da məhz bu məqsədə xidmət edir", - deyə sədr müavini qeyd edib.

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see588

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see426

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see421

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see391

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see374

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see370

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see332

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see267

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see256

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see248

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see234

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see232

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see218

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see216

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see215

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see212

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see211

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see209

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see181

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri