Icma.az
close
up
RU
Vüsalə Mahirqızı: Azərbaycan mediası 150 illik hesabatında milli informasiya suverenliyini qorumağı bacardı

Vüsalə Mahirqızı: Azərbaycan mediası 150 illik hesabatında milli informasiya suverenliyini qorumağı bacardı

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə “Azərbaycan mediasının 150 ili: Biznes və jurnalistika arasında körpü” adlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Azərbaycan mediasının inkişaf yoluna nəzər salınıb, yerli media infrastrukturu və beynəlxalq kommunikasiya imkanları müzakirə edilib.

Proqram çərçivəsində müxtəlif dövlət qurumlarının, media təşkilatlarının, eləcə də biznes nümayəndələrinin iştirakı ilə iki panel sessiyası təşkil olunub.

Tədbirə fəxri qonaq kimi dəvət olunan APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı panel sessiyasında çıxış edərək, Azərbaycan mediasının tarixi inkişaf mərhələlərindən, etibarlı xəbər istehsalının prinsiplərindən və insan kapitalının hazırlanmasında APA-nın gördüyü işlərdən danışıb.

O bildirib ki, Azərbaycan jurnalistikası son 30 ildə öz inkişafının ən güclü dövrünü yaşayır.

Vüsalə Mahirqızının sözlərinə görə, bu inkişaf 1875-ci ildən başlayan maarifçilik hərəkatının və mətbuat ənənələrinin davamıdır:

“Həsən bəy Zərdabinin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin və digər klassiklərimizin təməllərini qoyduğu bu yol bizi Cümhuriyyət dövrünün çoxsəsliliyinə, Sovet dövründə milli identiklik uğrunda aparılan mətbuat mübarizəsinə və nəhayət, müstəqillikdən sonra yaradılan güclü və operativ media sisteminə gətirib çıxardı”.

Vüsalə Mahirqızı qeyd edib ki, Azərbaycan mediası son 15 ildə ciddi infrastrukturlaşma və təmərküzləşmə mərhələsindən keçib:

“Xüsusilə, informasiya yayımında xarici mediadan asılılığın olmaması bizim milli informasiya təhlükəsizliyimiz üçün çox vacib addım oldu. Heç vaxt xarici media qurumları Azərbaycan daxilində əsas informasiya mənbəyinə çevrilməyib. Bu, Azərbaycan mediasının 150 illik hesabatında yer alacaq ən mühüm nailiyyətlərdən biridir”.

O, media orqanlarının informasiya ötürməkdə operativlik və etibarlılıq balansını qorumasının önəmini də vurğulayıb:

“Doğru və operativ xəbər yayımı üçün bir qaynaqla kifayətlənmək olmaz. Mənbələrin bir neçə mərhələdə yoxlanılması vacibdir. Amma bəzən xəbəri yaymaq üçün saniyələr önəmlidir. Belə hallarda həm də emosiyaya qapılmadan empati ilə davranmaq əsasdır. Bu, jurnalistikanın əxlaqi təməlidir”.

APA-nın rəhbəri həmçinin media sahəsində insan kapitalının hazırlanması ilə bağlı görülən işlərdən danışıb. O bildirib ki, bir il əvvəl yaradılmış APA Media Məktəbi artıq ikinci buraxılışını həyata keçirir:

“Media məktəbində nəzəriyyə yox, praktik biliklər öyrədilir. Bu sahədə təcrübəli jurnalistlər dərs deyir. Birinci buraxılışın məzunlarının əksəriyyəti artıq müxtəlif media orqanlarında çalışırlar. APA-nın özündə isə 6 nəfər işə qəbul olunub”.

Vüsalə Mahirqızı qeyd edib ki, müasir jurnalistika rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılmalıdır:

“Bu gün operatorluq belə arxaik peşəyə çevrilib. Jurnalist hadisə yerindən həm video çəkə bilməli, həm danışmalı, həm də sosial mediada yayımlaya bilməlidir. Biz mobil reportyorluğun inkişafı üçün yeni layihələr üzərində çalışırıq”.

O, dövlətin media sahəsinə dəstəyini xüsusi vurğulayaraq bildirib ki, milli media qurumlarına üstünlük verilməsi Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyini möhkəmləndirir:

“Transmilli media qurumlarına istinadlarla yanaşı, APA və digər yerli informasiya agentliklərinə də istinadlar artıb. Bu, həm Vətən müharibəsində, həm də daha sonrakı geosiyasi proseslərdə özünü göstərdi”.

Sonda o qeyd edib ki, jurnalistika 100 faiz təqdir edilən peşə ola bilməz, çünki bu sahədə balanslı yanaşma və obyektivlik əsas prinsipdir:

“Lakin Azərbaycan jurnalistikası bu gün etibarlılığı, operativliyi və milli maraqları qorumağı bacaran bir sistemə çevrilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri