Icma.az
close
up
RU
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi növbəti dəfə “Muzeylərin uzun gecəsi“ layihəsinə qatılıb

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi növbəti dəfə “Muzeylərin uzun gecəsi“ layihəsinə qatılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Vyana, 5 oktyabr, AZƏRTAC

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi növbəti dəfə Avstriya Teleradiosunun (ORF) təşəbbüsü ilə keçirilən “Muzeylərin uzun gecəsi“ layihəsində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Avstriya üzrə 700-dən artıq, paytaxt Vyanadan isə 200-dək muzey, qalareya və mədəniyyət müəssisəsinin iştirak etdiyi gecədə Azərbaycan Mədəniyyət Mərkəzində “Başlanğıcda kəlam var idi… və musiqi, rənglər və düşüncələr“ adlı sərgi təqdim olunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Azərbaycan Milli Elmlər Akademiyası və ADA Universiteti ilə əməkdaşlığı nəticəsində baş tutan sərgidə Azərbaycanda ədəbiyyat, musiqi, teatr və rəssamlıqda formalaşmış milli-mədəni kimliyin inkişafı nümayiş etdirilib. Sərginin mərkəzində Mirzə Qədim İrəvani, Üzeyir Hacıbəyli, Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı, onların Azərbaycan mədəniyyətinə bəxş etdikləri müasir baxışları, maarifçilik ideyaları dayanıb.

Yüzlərlə ziyarətçinin baş çəkdiyi sərgidə bu il 200 illik yubileyi qeyd olunan və XIX əsr milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin əsərlərinin Avropada ilk nümayişi baş tutub.

Həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan“ operettasının bu il Vyanada yeni quruluşda baş tutacaq tamaşasının tanıtımı məqsədilə əsərdən ariya və duetlər ifa olunub. Günel Şirinova (soprano), Lukas Kartsel (tenor) və Tamilla Sadıqbəylinin (fortepiano) ifaları böyük maraq və alqışlarla qarşılanıb.

Layihədə eyni zamanda balaca ziyarətçilər üçün də xüsusi proqram hazırlanıb. Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları Rəşidə Əsgərli və Gülər Əzizova uşaqlar üçün “Cırtdan” nağılının motivləri əsasında kukla tamaşasını alman dilində təqdim ediblər.

Avstriya Teleradiosunun sayca 25-ci dəfə təşkil etdiyi “Muzeylərin uzun gecəsi“ layihəsində bir muzeyə alınmış bilet həmin axşam layihəyə qoşulan digər muzeylər üçün də keçərli olur. Ötən il layihə çərçivəsində muzeylərə bir axşam ərzində 300 mindən çox ziyarətçi baş çəkib, onların yarısı paytaxt Vyananın payına düşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2025 02:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri