Vyetnam və ABŞ qarşılıqlı ticarət razılaşması üzrə birgə bəyanat imzalayıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Vyetnam və ABŞ ədalətli və balanslaşdırılmış ticarət haqqında sazişin şərtlərinin razılaşdırılmasının başa çatdığını elan ediblər.
APA xəbər verir ki, bu barədə "VnExpress" xəbər portalı məlumat yayıb.
Yeni razılaşma iki ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirməyi və qarşılıqlı bazarlara çıxışı genişləndirməyi hədəfləyir.
Birgə bəyanat Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən 47-ci ASEAN sammitinin kuluarlarında imzalıb.
Məlumata görə, qarşıdakı bir neçə həftə ərzində Vyetnam və ABŞ sənədin texniki hissəsini yekunlaşdıracaq, imzalanma prosedurlarını həyata keçirəcək və yeni ticarət razılaşması qüvvəyə minəcək.
Ədalətli və balanslaşdırılmış ticarət haqqında saziş 2000-ci ildə imzalanaraq 2001-ci ildə qüvvəyə minmiş qarşılıqlı ticarət razılaşmasına əsaslanacaq. Yeni sənədin əsas müddəalarına görə, Vyetnam ABŞ-dan idxal olunan kənd təsərrüfatı və sənaye məhsullarının demək olar ki, hamısı üçün bazarına güzəştli giriş imkanı yaradacaq. ABŞ isə öz növbəsində Vyetnamdan idxal olunan bütün məhsullara 20 faizlik gömrük rüsumunu qüvvədə saxlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 26 Oktyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















