Vyetnamda 11 nəfərə ölüm hökmü çıxarılıb
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
Ən böyük narkotik işində ilə bağlı məhkəmə keçirilib
Vyetnam məhkəməsi ölkənin ən böyük narkotik qaçaqmalçılığı işlərindən birində 11 nəfərə ölüm hökmü çıxarıb. İşdə ümumilikdə 227 nəfər iştirak edib.
AYNA.AZ “VnExpress”ə istinadən xəbər verir ki, istintaq polisin 2023-cü ildə dörd stüardessanı narkotiklə tutmasından sonra başlayıb. “Vietnam Airlines”ın stüardessaları 157 diş məcunu tüpündə qanunsuz maddələr daşınırmış. Onlar Parisdən gəldikdən sonra saxlanılıblar.
Səlahiyyətlilər daha sonra stüardessa qadınların narkotik daşıdıqlarından xəbərsiz olduqlarını müəyyən ediblər. Daha sonra müstəntiqlər istehlak malları kimi gizlədilən qanunsuz maddələri qaçaqmalçılıq yolu ilə daşıyan transmilli narkotik qaçaqmalçılığı şəbəkəsini aşkar ediblər. Narkotiklər Fransadan Vyetnama daşınıb.
Prokurorluq aydınlaşdırıb ki, qrup üzvləri Cənubi Vyetnamda narkotik paylamaq üçün şifrələnmiş mesajlaşma tətbiqlərindən, başqa şəxslərə qeydiyyatdan keçirilmiş bank hesablarından və kuryer xidmətlərindən istifadə ediblər.
Bildirilib ki, ölüm hökmünə məhkum edilmiş 11 nəfərdən əlavə, bu işdə daha 20 nəfər ömürlük həbs cəzasına məhkum olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 03 Sentyabr 2026 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















