“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"WhatsApp" istifadəçilərin uzun müddətdir gözlədiyi bir sıra yeni funksiyaları istifadəyə verib.
Milli.Az xəbər verir ki, yeniləmələr arasında iPad üçün müstəqil hesab yaratmaq imkanı, eləcə də avtomobillərdə tətbiqdən daha rahat istifadəni təmin edən funksiyalar yer alır.
Yeni dəyişiklik sayəsində artıq istifadəçilər "WhatsApp" hesabını birbaşa iPad üzərindən yarada biləcəklər. Bunun üçün əvvəlki kimi hesabı "iPhone" vasitəsilə qoşmağa ehtiyac qalmayacaq.
Bundan əlavə, "Apple CarPlay" və "Android Auto" inteqrasiyası da təkmilləşdirilib. Yenilənmiş funksiyalar sürücülərə əllərini sükandan çəkmədən zəng etmək, gələn mesajları dinləmək, səsli cavab göndərmək və zəng tarixçəsini idarə etmək imkanı yaradır.
Bu yeniliklərin istifadəçi təcrübəsini daha rahat və təhlükəsiz etməsi nəzərdə tutulur.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 24 İyul 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















