Icma.az
close
up
RU
“Wizz Air” rəsmisi: Aviasiya qlobal emissiyaların 23 %ni təşkil etsə də, təcili həllər tələb edən sektordur

“Wizz Air” rəsmisi: Aviasiya qlobal emissiyaların 23 %ni təşkil etsə də, təcili həllər tələb edən sektordur

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyini və onun qlobal iqlim problemlərinin həlli yollarını tapmaq üçün əməkdaşlığın təşviqinə verdiyi töhfəni xüsusi qiymətləndiririk.

Bunu “Report”a açıqlamasında Macarıstanın aşağıbüdcəli “Wizz Air” aviaşirkətinin korporativ və ekoloji, sosial və idarəetmə (ESG) direktoru Yvonne Moynihan deyib.

O bildirib ki, karbon emissiyalarını azaltmaq üçün ən çətin sektorlardan biri olan aviasiya bu müzakirələrin diqqət mərkəzində olmalıdır: “Davamlı Aviasiya Yanacağının (SAF) və digər yeniliklərin iqlim strategiyalarına inteqrasiyası xüsusilə vacib məsələdir. Bununla belə, sənayemiz üçün SAF-ın daha əlçatan olmasını və yüksək qiymət məsələsini həll edən daha işlək yollar görmək istərdik. COP29 zamanı siyasətçilər, SAF istehsalçıları, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) kimi təşkilatların nümayəndələri ilə əhəmiyyətli müzakirələr apardıq. Bu müzakirələr SAF istehsalının sürətləndirilməsi, innovativ yanacaq texnologiyalarının genişləndirilməsi və xalis sıfır aviasiyaya keçidi asanlaşdıracaq tənzimləyici çərçivələrin yaradılması ətrafında idi. Qlobal SAF reyestri kimi birgə səylər, bütün aviasiya sənayesinin karbon kreditlərinə və davamlı enerji həllərinə çıxışını təmin etmək üçün vurğuladığımız əsas məsələlərdəndir”.

ESG direktoru qeyd edib ki, Avropanın aparıcı aşağı büdcəli aviaşirkətlərindən biri kimi “Wizz Air”in aviasiyada davamlılığın artırılmasında oynadığı mühüm rolu danılmazdır: “Wizz Air” COP29-da iştirak edən çox az sayda aviaşirkətlərdən biri idi və biz bu sənayenin üzləşdiyi problemləri dilə gətirmək və qətiyyətli tədbirlərin görülməsini təmin etmək üçün məsuliyyət hiss etdik. Qlobal emissiyaların yalnız 2-3 %-ni aviasiya təşkil etsə də, bu, təcili həllər tələb edən sektordur. Biz SAF istehsalının artırılması ehtiyacını vurğulamaq istərdik. Cari istehsal 2050-ci ilə qədər 1000 dəfə artmalıdır. Biz, həmçinin SAF istehsalı üçün deqradasiyaya məruz qalmış torpaqlardan innovativ istifadənin tərəfdarıyıq”.

COP29-un dialoq üçün əla platforma olduğunu diqqətə çatdıran Y. Moynihan əlavə edib ki, qlobal səylərin aviasiya sektorunda tələb olunan dəyişiklik tempinə uyğunlaşdırılmasında bəzi boşluqlar qalır: “Qlobal SAF reyestri kimi şəffaflığı təmin edəcək və karbon kreditlərinə çıxışı asanlaşdıracaq təşəbbüslər bizi həvəsləndirir. Lakin bizə, məsələn, neft subsidiyalarının mədən yanacaqlarından bərpa olunan enerjiyə yönəldilməsi kimi daha qətiyyətli siyasət tədbirləri lazımdır. Ümid edirik ki, bu müzakirələr konkret nəticələrə gətirib çıxaracaq. Biz irəliləyişə nail olmaq üçün siyasətçilər və sənaye liderləri ilə əməkdaşlığa sadiqik”.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Dekabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri