Icma.az
close
up
RU
WP: “ABŞ və Rusiya hərbi danışıqları bərpa edir”

WP: “ABŞ və Rusiya hərbi danışıqları bərpa edir”

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, amerikalı məmurlara istinad edən “The Washington Post (WP)” nəşri belə məlumat yayıb.
Əlaqələrin bərpası Vaşinqton və Moskva arasında strateji nüvə silahlarının sayını və növlərini məhdudlaşdıran sonuncu razılaşma olan “Yeni START Müqaviləsi”nin başa çatdığı vaxta təsadüf edir.
ABŞ prezidenti Donald Tramp uzunmüddətli perspektivdə təsirli olacaq “yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş” müqavilə imzalamağa çağırıb.
“Hərbi dialoqu bərpa etmək qərarı Ukraynada müharibəyə son qoymaq üçün uzunmüddətli diplomatik səylərin birbaşa nəticəsidir. Sülh danışıqlarında hələ də əhəmiyyətli irəliləyiş əldə olunmasa da, ABŞ və Rusiya arasında son təmaslar gələcək dialoq üçün imkanlar yaranıb”, – amerikalı məmurlardan biri deyib.
Moskva: “Rusiya tərəfindən heç bir demarş olmayacaq” Kreml bu qərarı rəsmi şəkildə şərh etməyib və Rusiyanın Vaşinqtondakı səfirliyi jurnalistlərin sorğularına dərhal cavab verməyib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə, tərəflərdən heç birinin artıq qüvvədən düşmüş müqavilənin müddəalarına əməl etməyə hazır olduğunu hələ təsdiqləmədiyini bildirib.
- Hər şey hadisələrin necə inkişaf edəcəyindən asılı olacaq və Rusiya ilk növbədə milli maraqları rəhbər tutaraq nüvə silahları sahəsində strateji sabitliyə məsuliyyətli yanaşmanı davam etdirəcək”, – Kremlin sözçüsü Dmitri Peskov öz növbəsində vurğulayıb.
Nəşr xatırladır ki, Vaşinqton Moskva ilə hərbi dialoqu 2021-ci ilin sonlarında Rusiyanın Ukrayna sərhədləri yaxınlığında əhəmiyyətli qüvvələr topladığı vaxtdan dayandırıb. Bunun ardınca ABŞ avropalı müttəfiqləri ilə birlikdə Ukraynanın müdafiəsi üçün Kiyevi müasir silahlarla təchiz etməyə başlayandan sonra ikitərəfli münasibətlər kəskin şəkildə pisləşib.
Buna baxmayaraq, tərəflər “qaynar xətt” də daxil olmaqla məhdud rabitə kanallarını saxlayıblar və böhran anlarında yüksək vəzifəli məmurlar vaxtaşırı bir-biri ilə əlaqə yaradıblar.
Pentaqonun məlumatına görə, yenilənmiş hərbi dialoqa rusiyalı həmkarları ilə birlikdə ABŞ-nin Avropa Komandanlığının komandanı general Aleksus Qrinkeviç rəhbərlik edəcək. Danışıqların məqsədi “şəffaflığın artırılması və gərginliyin azaldılması” kimi təsvir olunur.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azvision.az
archiveBu xəbər 06 Fevral 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri