Icma.az
close
up
RU
WP: Ağ Ev atışma baş verən tədbirdə təhlükəsizliyi tam təmin etməyib

WP: Ağ Ev atışma baş verən tədbirdə təhlükəsizliyi tam təmin etməyib

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ administrasiyası Vaşinqtondakı “Washington Hilton” hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda maksimum təhlükəsizlik səviyyəsini təmin etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.
 

Nəşrin yazdığına görə, adətən ABŞ Prezidenti və Nazirlər Kabinetinin üzvlərinin iştirak etdiyi tədbirlər xüsusi əhəmiyyətli hadisələr kateqoriyasına aid edilir və onlara müvafiq təhlükəsizlik statusu verilir. Lakin “Washington Hilton” hotelində keçirilən qəbula federal resursların tam həcmdə cəlb edilməsinə imkan verən ən yüksək təhlükəsizlik statusu verilməyib. 


Mənbələrin sözlərinə görə, administrasiya tədbirdə yüksəkvəzifəli rəsmilərin iştirak etdiyi digər toplantılarla müqayisədə daha aşağı səviyyəli təhlükəsizlik tədbirləri görüb. Bu isə ölkəni “qeyri-adi dərəcədə həssas vəziyyətə” salıb.
Tədbirdə ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampla yanaşı, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, Pentaqon rəhbəri Pit Heqset, FTB direktoru Keş Patel, eləcə də digər nazirlər və administrasiyanın yüksək rütbəli nümayəndələri iştirak ediblər.
“The Washington Post”un məlumatına görə, silahlı şəxs təhlükəsizlik perimetrini keçməyə və ziyafət zalına çatmağa cəhd edib, lakin qısa müddətdə saxlanılıb.
Gizli Xidmət zalın və onun yaxın ətrafının mühafizəsini təmin etsə də, tədbirə Milli Xüsusi Təhlükəsizlik Tədbiri statusu verilmədiyi üçün bütün federal imkanlar işə salınmayıb. 
Hadisədən sonra ABŞ hüquq-mühafizə orqanları tədbirin təhlükəsizlik mexanizmlərini yenidən qiymətləndirməyə başlayıblar. Mütəxəssislər silahlı şəxsin prezidentin, kabinet üzvlərinin və qanunvericilərin iştirak etdiyi tədbirə bu qədər yaxınlaşa bilməsinin ciddi suallar doğurduğunu bildirirlər. 
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Aprel 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri