WSJ: İranın Yaxın Şərqdəki ABŞ bazalarına endirdiyi bəzi zərbələr hədəfə dəyib
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"The Wall Street Journal " (WSJ) qəzetinin adları çəkilməyən ABŞ administrasiyasının rəsmilərinə istinadən verdiyi məlumata görə, İranın Küveyt və Bəhreyndəki Amerika bazalarına qarşı bəzi cavab zərbələri uğurlu olub.
Xalqcebhesi.az xəbər verir ki, nəşrin məlumatına görə, ABŞ və müttəfiqləri hücumların əksəriyyətini dəf etməyi bacarıblar, lakin İranın bəzi hücumları uğurlu olub.
ABŞ rəsmilərinin sözlərinə görə, bu hücumlar minimal ziyana və heç bir itkiyə səbəb olmayıb.
İranın dövlət televiziyası daha əvvəl ABŞ-ın hücumlarına cavab olaraq ordunun Küveytdəki Patriot hava hücumundan müdafiə sistemini məhv etdiyini bildirmişdi. Dövlət televiziyasının məlumatına görə, İran həmçinin Qətərdəki erkən xəbərdarlıq radar sistemini və Bəhreyndəki ABŞ hərbi bazasındakı yanacaq saxlama çənlərini vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 09 İyul 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















