Icma.az
close
up
RU
WSJ: Rusiyanın Afrikadakı iddialı planları iflasa uğrayır

WSJ: Rusiyanın Afrikadakı iddialı planları iflasa uğrayır

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Afrikada mövqelərini möhkəmləndirməyə çalışan Rusiya indi qitədəki mövcudluğunu qorumaqda çətinlik çəkir.

Qaynarinfo "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, Kremlin yeni rəsmi muzdlu hərbi qüvvəsi – "Afrika korpusu", bir vaxtlar "Vaqner" qrupunun əldə etdiyi maliyyə uğurunu və siyasi təsiri təkrarlaya bilməyib. 2023-cü ildə Yevgeni Priqojinin ölümündən sonra "Vaqner"in bir sıra Afrika layihələri də dağılıb.

ABŞ-ın yüksəkvəzifəli hərbi rəsmisinin sözlərinə görə, Mali, Niger və Burkina-Fasodakı hərbi xuntalar son üç ildə ABŞ və Fransa qoşunlarını ölkədən çıxarmaq və Moskvanın köməyini qəbul etmək qərarına görə indi peşmandırlar.

"Onlar yardım istəməyə başlayırlar, xüsusilə də malililər", deyə amerikalı rəsmilərdən biri bildirib və əlavə edib ki, bu yardım ehtimal ki, yalnız təlim formasında veriləcək.

ABŞ qanunvericiliyi və siyasəti səbəbindən məhdudlaşdırılan Pentaqon strateqləri Rusiya təsirini sıxışdırmaq və Qərbi Afrikanın təhlükəsizlik sahəsindəki mövqeyinə qayıtmaq niyyətindədir. ABŞ-ın nəzərdən keçirdiyi planlardan biri də yerli orduların terrorçularla mübarizə üzrə üçüncü ölkələrdə, xüsusilə də Mərakeşdə təlimidir.

Eyni zamanda, məlumata görə, ABŞ-ın nüfuzlu hərbi podratçısı Erik Prins Afrika hökumətləri ilə təhlükəsizlik xidmətləri göstərilməsi barədə danışıqlar aparır.

Bütün bunlar göstərir ki, Saheldə – Malidən Burkino-Fasoya, Nigerdən daha irəliyə uzanan yarımsəhra bölgəsində Rusiyanın təsiri zəifləyir. Bu regionda Priqojin uzun illər ən güclü fiqurlardan biri idi.

Qərbli hərbi ekspertlər hesab edirlər ki, Moskvanın müdaxiləsi əksinə, bölgədə təhlükəsizliyin pisləşməsinə səbəb olub. Bu gün Sahel islamçı silahlılarla Qərb və onun müttəfiqləri arasında ən qızğın döyüş meydanına çevrilib.

Son bir ildə Saheldə islamçı üsyanla bağlı təxminən 11 min insan həlak olub, onların yarısı birbaşa döyüşlərdə öldürülüb. Bu rəqəmləri Pentaqonun dəstəklədiyi Afrika Strateji Araşdırmalar Mərkəzi açıqlayıb.


Üsyan on ildən çox əvvəl Malidə başlayıb, amma indi əsas hücumlar Burkina-Fasoda baş verir. Üsyançılar ambisiyalarını cənuba – Atlantik okeanı sahilindəki Qvineya körfəzi ölkələrinə doğru genişləndirirlər.

Avropalı təhlükəsizlik rəsmilərinə görə, Afrikada Rusiyanın uğursuzluğu onun imkanlarının məhdudluğunu göstərir, xüsusilə də ən yaxşı Rusiya hərbi hissələri Ukraynada döyüşərkən.

"Vaqner"in min muzdlu döyüşçüsü ilk dəfə Malidə 2021-ci ilin sonunda peyda olub. Hökumət onlara ayda 10 milyon dollar ödəyirdi. Bu, fransız və amerikalı qüvvələrin illərlə uğursuz mübarizə apardığı üsyançılara qarşı müharibə idi. Lakin "Vaqner"in əməliyyatları fiyasko ilə nəticələndi. "Sentry" təşkilatının araşdırmasına görə, muzdlu dəstələr Malidə qeyri-koordiasiyalı və qəddar hücumlarla mülki əhalidə qorxu yaradıb, ordunun özündə qarışıqlıq törədib və cihadçılara yeni imkanlar açıb.

Qrup həmçinin böyük maliyyə gəliri gözləsə də, təhlükəsizlik səbəbi ilə böyük qızıl yataqlarına yaxınlaşa bilmədi və aylarla ödənişsiz qalıb.

2024-cü ilin iyununda "Vaqner" muzdlu döyüşçüləri Malidən çıxarılıb. Onların reputasiyası, üsyançıları dayandıra bilməmələri və mülki şəxslərin öldürülməsi səbəbindən ciddi zərər görüb.

"Bu uğursuzluq Afrikadakı digər rejimlər üçün dərs olmalıdır: Rusiya nə etibarlı tərəfdaşdır, nə də problemlərinizin sürətli həlli", deyə "Sentry"nin icraçı direktoru Yustina Qudzovska bildirib.

Kreml isə Malinin paytaxtı Bamakoda münasibətləri davam etdirmək üçün Müdafiə Nazirliyinə tabe olan "Afrika korpusu"nu göndərib. Lakin çox keçmədən onların kolonları şimalda – Saheldə tuareq üsyançılarının hücumuna məruz qalıb. Avropa rəsmilərinin sözlərinə görə, üsyançılar 40 zirehli texnikanın yarısını məhv edib, onlarla döyüşçünü öldürüblər.

Rusiyanın problemləri Mərkəzi Afrika Respublikası və Sudanda da müşahidə olunur. Burada "Vaqner" həm qızıl mədənlərində, həm də hökumət təhlükəsizlik xidmətlərində çalışırdı. Ancaq Priqojinin ölümündən sonra Moskva bu layihələri davam etdirə bilməyib.

Sudanda isə qızıl yataqları uğrunda cəhdlər tamamilə uğursuz olub. Rusiya silahlıları geri çəkildi, mədənlər isə üsyançıların hücumlarına və hökumət aviazərbələrinə məruz qalıb.

Yeni genişlənmə cəhdləri də uğursuz qaldı. 2024-cü ilin mayında "Medved" adlı şirkətin 300 muzdlu dəstəsi Burkino-Fasoya göndərilsə də, üç ay sonra Ukraynaya döyüşməyə çağırılıb.


Avropa rəsmilərinə görə, hazırda ölkədə yalnız kiçik "Afrika korpusu" kontingenti qalıb, onlar dron idarəsi üzrə təlimlər keçir və xunta lideri İbrahim Traoreyə mühafizə təmin edir. Amma Burkino-Faso hakimiyyəti Rusiyanın iştirakının məhdud qalmasını istəyir.

Bu uğursuzluqlar Qərbə – xüsusilə ABŞ və Fransaya Saheldə təsirini bərpa etmək üçün yeni imkanlar yaradır.

2023-cü ildə Nigerdə çevrilişdən sonra rus hərbi təlimatçıları ölkəyə yerləşdirilib, fransız və amerikalı qüvvələr isə ölkəni tərk etməli olub.

ABŞ-ın məşhur hərbi podratçısı Erik Prins, eləcə də Tramp administrasiyasının terrorla mübarizə üzrə məsləhətçisi Rudolf Atalla və Fransanın Afrikadakı qoşunlarının komandanı general Paskal Yanni son aylarda regiona səfərlər edərək Qərbin yenidən təsir qazanması üçün danışıqlar aparıblar.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri