Icma.az
close
up
RU
WUF13: Azərbaycan müasir şəhərsalma modelini uğurla təqdim edir

WUF13: Azərbaycan müasir şəhərsalma modelini uğurla təqdim edir

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışını Azərbaycanın müasir inkişaf fəlsəfəsinin və şəhərsalma strategiyasının beynəlxalq təqdimatı adlandırsaq, yanılmarıq.Ölkə rəhbərinin çıxışı təkcə beynəlxalq tədbirdə edilən nitq deyil, həm də Azərbaycanın son illərdə həyata keçirdiyi inkişaf modelinin, şəhərsalma siyasətinin, tarixi-mədəni irsə münasibətinin və postmünaqişə dövründə quruculuq strategiyasının geniş siyasi təqdimatı kimi diqqət çəkir. Dövlət başçısının çıxışı göstərdi ki, Azərbaycan artıq yalnız enerji resursları ilə tanınan ölkə deyil, həm də dayanıqlı şəhərsalma, ekoloji transformasiya, müasir infrastruktur quruculuğu və mədəni irsin qorunması sahəsində qlobal platformalarda söz sahibi olan dövlətə çevrilməkdədir.Prezident İlham Əliyevin vurğuladığı kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin qlobal əhəmiyyətini və Azərbaycanın beynəlxalq nüfuzunun artdığını nümayiş etdirir. Dövlət başçısı bu forumu COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi xarakterizə etdi. Bu fakt bir daha göstərir ki, Azərbaycan artıq beynəlxalq siyasi, iqtisadi və humanitar platformaların etibarlı mərkəzinə çevrilib.Burada xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, Prezident forumu sadəcə tədbir kimi deyil, Azərbaycanın reallıqlarının dünyaya təqdim olunması üçün imkan kimi qiymətləndirdi. İlk dəfə ölkəmizə gələn minlərlə qonağın Bakını və Azərbaycanın şəhərsalma siyasətini yaxından görməsi dövlətimizin “yumşaq güc” strategiyasının mühüm elementidir. Bu, həm də Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şərqlə Qərbin qovuşuğunda formalaşan şəhərsalma modeli də qonaqların diqqətini cəlb edir.Prezident İlham Əliyev çıxışında Azərbaycanın coğrafi və sivilizasiya mövqeyini xüsusi vurğulayaraq bildirdi ki, ölkəmiz tarixən Şərqlə Qərbin qovuşduğu məkan olub. Bu fikir yalnız geosiyasi deyil, həm də memarlıq və şəhərsalma baxımından dərin məna daşıyır. Bakı şəhərinin simasında qədimliklə müasirliyin harmoniyası xüsusi şəkildə özünü göstərir.İçərişəhərin qədim qala divarlarından bir neçə addımlıq məsafədə ultra müasir memarlıq nümunələrinin yerləşməsi Azərbaycanın inkişaf fəlsəfəsinin əsas mahiyyətini əks etdirir. Prezidentin qeyd etdiyi kimi, vaxtilə üç kilometr olan Bakı Bulvarının bu gün 15 kilometrdən artıq müasir dənizkənarı məkana çevrilməsi planlı urbanizasiya siyasətinin nəticəsidir. Eyni zamanda, XIX əsr Avropa memarlıq üslubunda tikilmiş binaların qorunub saxlanılması göstərir ki, Azərbaycan modernləşməni tarixi irsin dağıdılması hesabına həyata keçirmir. Əksinə, dövlət siyasətinin əsas xətti tarixi irslə müasir inkişaf arasında balansın qorunmasına yönəlib.2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması Prezident İlham Əliyevin bu sahəyə verdiyi xüsusi önəmin göstəricisidir. Dövlət başçısı çıxışında BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə keçirilən milli şəhərsalma forumlarını xatırladaraq bildirdi ki, Azərbaycan postmünaqişə dövründə yeni urbanizasiya modeli formalaşdırır. Bu model təkcə yaşayış məntəqələrinin yenidən qurulmasını deyil, həm də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqini, ekoloji yanaşmanı, dayanıqlı iqtisadiyyatı və müasir sosial infrastrukturu əhatə edir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur bölgələri gələcəyin şəhərsalma laboratoriyası kimi çıxış edir.Prezident İlham Əliyev çıxışında Azərbaycanın qədim şəhərlərinin memarlıq irsini xüsusi qürur hissi ilə təqdim edərək qeyd etdi ki, tarixi-mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Şamaxıdakı 743-cü ilə aid qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi siması, Qəbələ və Şəkinin qədim abidələri, Kiş kəndindəki qədim kilsə, Lahıcın əsrlərlə işləyən mühəndis infrastrukturu Azərbaycanın zəngin sivilizasiya tarixinin göstəriciləridir.Dövlət başçısının bu nümunələri sadalaması təsadüfi deyildi. Prezident bununla beynəlxalq ictimaiyyətə çatdırdı ki, Azərbaycan yalnız təbii sərvətlərə malik ölkə deyil, həm də minilliklərə söykənən yüksək şəhərsalma və memarlıq mədəniyyətinin daşıyıcısıdır. Xüsusilə diqqət çəkən məqam Şuşanın yenidən qurulması ilə bağlı fikirlər oldu. Prezident İlham Əliyev Qarabağın tacı hesab edilən Şuşanın sıfırdan bərpa olunduğunu vurğulamaqla göstərdi ki, Azərbaycan dağıdılmış tarixi irsi bərpa etməklə milli yaddaşı və mədəni kimliyi də yenidən dirçəldir.Prezident İlham Əliyevin çıxışının ən mühüm hissələrindən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı oldu. Dövlət başçısı erməni işğalı dövründə Azərbaycan şəhərlərinin tamamilə məhv edildiyini, Ağdamın beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırıldığını xatırlatdı. Bu fikirlər təkcə dağıntının miqyasını göstərmirdi. Prezident bununla həm də Azərbaycanın həyata keçirdiyi bərpa prosesinin tarixi əhəmiyyətini diqqətə çatdırırdı. Çünki cəmi beş il ərzində bölgədə 70 kilometr tunel, yüzlərlə körpü, beynəlxalq hava limanları, dəmir yolları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri inşa olunub. Azərbaycan postmünaqişə dövründə dünyanın ən böyük yenidənqurma layihələrindən birini həyata keçirir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 85 mindən çox insanın doğma torpaqlarına qayıtması dövlət siyasətinin uğurunu təsdiqləyir.Prezident İlham Əliyevin çıxışında mühüm istiqamətlərdən biri də ekoloji bərpa və ətraf mühitin qorunması məsələləri idi. Dövlət başçısı Bakının XIX əsrdən başlayan neft sənayesi nəticəsində ciddi şəkildə çirkləndiyini qeyd etdi və son illərdə həyata keçirilən ekoloji layihələrin əhəmiyyətini vurğuladı. Qara şəhərin müasir Ağ şəhərə çevrilməsi urbanizasiya və ekoloji transformasiyanın uğurlu nümunəsi kimi təqdim edildi. Prezident bununla göstərdi ki, Azərbaycan sənaye keçmişindən gələn ekoloji problemləri aradan qaldıraraq müasir, yaşıl və dayanıqlı şəhər konsepsiyasına keçid edir.Son 20 ildə Bakıda yaradılan yüz park və ictimai məkan, mikromobillik layihələri, elektrik avtobusları və metro infrastrukturu da şəhər həyatının keyfiyyətinin yüksəldilməsinə xidmət edən strateji layihələrdir. Prezident İlham Əliyevin çıxışında istifadə etdiyi Formula 1 metaforası xüsusi siyasi məna daşıyırdı. Dövlət başçısı şəhərsalma prosesini Bakı Qran-Prisi ilə müqayisə edərək bildirdi ki, liderlər həm cəsarətli, həm də ehtiyatlı olmalıdırlar. Bu yanaşma əslində Azərbaycanın inkişaf modelinin fəlsəfəsini ifadə edir. Yəni, ölkə sürətli modernləşmə yolunu seçsə də, bu proses tarixi yaddaşın və milli-mədəni irsin qorunması hesabına aparılmamalıdır. Prezidentin fikrincə, inkişafla irsin qorunması arasında düzgün balans qurulmalıdır.Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini əks etdirən mühüm proqram xarakterli çıxış oldu. Bu nitqdə Azərbaycanın beynəlxalq nüfuzu, şəhərsalma siyasəti, tarixi-mədəni irsə münasibəti, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, ekoloji transformasiya və dayanıqlı inkişaf modeli kompleks şəkildə təqdim edildi. Azərbaycan öz inkişaf yolunda yalnız iqtisadi göstəricilərə deyil, həm də insan amilinə, mədəni irsə, şəhər həyatının keyfiyyətinə və gələcək nəsillərin rifahına əsaslanan modern dövlət modeli formalaşdırır. Bu model isə artıq beynəlxalq miqyasda maraq doğuran və öyrənilən inkişaf nümunəsinə çevrilməkdədir.

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 May 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri