Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

WUF13 Bakını qlobal inkişaf ideyalarının formalaşdığı mərkəz kimi təqdim etdi ŞƏRH

WUF13 Bakını qlobal inkişaf ideyalarının formalaşdığı mərkəz kimi təqdim etdi ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 iyun, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası (WUF13), sadəcə, beynəlxalq tədbir deyil, dünyanın müxtəlif ölkələrini və xalqlarını bir araya gətirən qlobal dialoq platforması idi. Burada 176 ölkədən 58 mindən çox iştirakçı Bakıda toplaşaraq şəhərlərin gələcəyini, dayanıqlı inkişafı və insanların rifahını müzakirə etdi. BMT-nin məlumatına görə, bu, indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu oldu. Belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hər bir vətəndaş kimi məndə böyük qürur hissi yaratdı. Bu, ölkəmizin beynəlxalq nüfuzunun və qlobal məsələlərin müzakirəsində artan rolunun göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov deyib.

“WUF13-də Liderlərin Bəyanatları Sessiyası xüsusi maraq doğuran tədbirlərdən biri oldu. Bu sessiya həqiqətən də tarixi hadisə idi. İlk dəfə olaraq ev sahibi ölkənin təşəbbüsü ilə 27 dövlət və hökumət başçısı şəhərlərin inkişafı və urbanizasiya məsələlərinə dair öz baxışlarını təqdim etdilər. Bu, şəhərsalmanın artıq yalnız texniki və ya yerli idarəetmə məsələsi olmadığını, qlobal siyasətin vacib istiqamətlərindən birinə çevrildiyini göstərir. Prezident İlham Əliyevin bu təşəbbüsü irəli sürməsi və həyata keçirməsi Azərbaycanın beynəlxalq gündəliyin formalaşmasına töhfə vermək imkanlarını bir daha nümayiş etdirdi”, - deyə A.Rafailov əlavə edib.

O bildirib ki, bundan başqa, “Bakı Fəaliyyətə Çağırış” sənədi də mühüm əhəmiyyətə malikdir. Sənəddə münaqişədən sonrakı bərpa məsələləri də xüsusi yer tutur. Azərbaycanın təcrübəsi beynəlxalq nümunə kimi qeyd olunur. Bu mövzu Azərbaycanın yaşadığı reallıqlarla birbaşa bağlıdır. Sənəddə vurğulanır ki, müharibələr və münaqişələr şəhərlərə, infrastruktur obyektlərinə və insanların həyatına ağır zərbə vurur. Bu baxımdan Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma proqramları beynəlxalq səviyyədə maraq doğurur. Bu gün Qarabağda və Şərqi Zəngəzurda müasir şəhərlər və kəndlər qurulur, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. Ən önəmlisi isə insanların doğma torpaqlarına qayıdışı təmin olunur. Bu təcrübə postmünaqişə dövründə inkişafın uğurlu modeli kimi dünyada diqqətlə öyrənilir .

“Hesab edirəm ki, “Bakı Fəaliyyətə Çağırış” şəhərlərin gələcəyi ilə bağlı qlobal baxışın formalaşmasına mühüm töhfə verən sənəddir. Burada şəhərlərin təhlükəsizliyi, dayanıqlı inkişafı, münaqişələrdən sonrakı bərpa, insanların rifahı və sosial ədalət kimi vacib məsələlər öz əksini tapıb. Xüsusilə əlamətdardır ki, bu yanaşmalar dövlət və hökumət başçıları səviyyəsində dəstəklənib. Fikrimcə, WUF13 Bakını təkcə beynəlxalq tədbirə ev sahibliyi edən şəhər kimi deyil, həm də qlobal inkişaf ideyalarının formalaşdığı mühüm mərkəz kimi təqdim etdi. Azərbaycanın bu prosesdə oynadığı rol isə ölkəmizin beynəlxalq nüfuzunun, siyasi uzaqgörənliyinin və insan amilinə verdiyi önəmin növbəti təsdiqidir”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, bu sənəd şəhərlərin gələcəyi ilə bağlı olduqca mühüm istiqamətləri özündə əks etdirir. Burada dayanıqlı inkişaf, sosial ədalət, inklüzivlik, ekoloji məsuliyyət və şəhərlərin insan yönümlü inkişafı kimi məsələlər ön plana çıxarılır. Sənədin diqqətçəkən cəhətlərindən biri də Azərbaycana və Azərbaycan xalqına göstərilən yüksək etimadın ifadə olunmasıdır.

Tədbir çərçivəsində təqdim olunan Bakı Şəhər Mükafatı təşəbbüsünü yüksək qiymətləndirən A.Rafailov qeyd edib ki, bu mükafat şəhərlərin inkişaf səviyyəsini yalnız iqtisadi göstəricilərlə deyil, sosial inklüzivlik, dayanıqlılıq, ekoloji məsuliyyət və həyat keyfiyyəti kimi mühüm meyarlarla qiymətləndirməyə imkan verəcək. Bu, şəhərlərin daha məsuliyyətli və insan yönümlü inkişafını təşviq edən mühüm mexanizmdir. Xüsusilə sevindirici haldır ki, belə bir beynəlxalq təşəbbüsün müəllifi Azərbaycandır. Bu, ölkəmizin gələcəyə yönəlmiş baxışının və qlobal inkişaf proseslərinə töhfə vermək istəyinin göstəricisidir.

“WUF13 günlərində bir daha əmin oldum ki, Azərbaycanın əsas üstünlüklərindən biri onun multikultural ənənələridir. Ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələri əsrlər boyu qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Mən özüm də bu mühitin bir parçası – yəhudi icmasının nümayəndəsi olaraq həmişə Azərbaycanda doğma münasibət görmüşəm. Sessiya zamanı dünyanın müxtəlif ölkələrindən gələn insanlar da bu ab-havanı hiss etdilər. Məncə, şəhərlərin inkişafından danışarkən yalnız binaları və infrastrukturu deyil, həm də insanların birgəyaşayış mədəniyyətini nəzərə almaq lazımdır. Azərbaycanın təqdim etdiyi model məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır”, - deyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri