Icma.az
close
up
RU
WUF13 ə görə vergi güzəştləri qüvvəyə minir

WUF13 ə görə vergi güzəştləri qüvvəyə minir

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilib. Yeni dəyişikliklər bir neçə istiqaməti nəzərdə tutur. Dəyişikliklərin ən mühüm istiqamətlərindən biri Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştlərinin tətbiqi ilə bağlıdır. Belə ki, WUF13-lə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri - 2025-ci il sentyabrın 1-dən 1 il müddətinə vergi güzəşti tətbiq ediləcək.

Vergi azadolmaları hansı sahələri əhatə edəcək?

* WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin vergidən azad olunması;

* Qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi) üzrə azadolma);

* Qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərin (mənfəət vergisindən azad edilməsi;

* Müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalının ƏDV-dən azad olunması

VM-nə dəyişikliklərin parlamentin plenar iclasında yaxın günlərdə müzakirəyə çıxarılaraq qəbul olunması gözlənilir. Bu dəyişikliklər təsdiqləndikdən sonra yuxarıda qeyd etdiyimiz hər bir istiqamət üzrə vergi güzəşt və azadolmaları bir il müddətinə qüvvədə olacaq.

Biznes üçün əlavə imkanlar

WUF13-ün yüksək səviyyədə təşkili üçün təşkilat komitəsi ilə yanaşı, infrastruktur, təminat və təchizat, qonaqları yerləşdirmə, tədbirlərin təşkili, xidmət, turizm və digər sahələrin hazırlıqlılığının çevik və etibarlı olması zəruridir. Bu işlər üçün müxtəlif avadanlıqların, mal-materialŞ, xammal təchizatlarının, eləcə də, xidmət infrastrukturunun əlavə təminatlarının yaradılmasına ehtiyac var. Bütün bunların təminatı daha çox özəl sektorun və rezidentlərin üzərinə düşür. Onlar tədbirin yüksək səviyyədə keçirilməsi üçün tələb olunan avadanlıq, mal və xidmətlərin təqdim edilməsi, işlərin görülməsi və s. fəaliyyətlərə əlavə xərclər çəkməlidir. Bu baxımdan həmin xərclərin icrası zamanı biznesə müəyyən dövlət dəstəyinə ehtiyac yaranır. Hökumət bunu nəzərə alaraq özəl sektor təmsilçilərinin qeyd edilən fəaliyyət sahələrindən əldə etdikləri gəlirləri vergidən azad etməklə onlarda daha böyük stimullar yaratmaq niyyətindədir. Eləcə də WUF13 Forumu zamanı intellektual mülkiyyət və qeyri-maddi aktivlərdən istifadəyə də tələbatlar yaranır. Həmin mülkiyyət üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilələr imzalanmaldır. Bu isə vergi öhdəlikləri yaradır. Hökumət  bu amili də nəzərə alaraq qeyri-rezident hüquqi şəxsləri mənfəət vergisindən azad etməyə qərar verir. Bu baxımdan, vergi güzəştlərini sənaye innovasiyasına və texnoloji inkişafa dəstək üçün iqtisadi tətil kimi qiymətləndirmək olar.

Beləliklə, qeyd edilən fəaliyyət sahələrində çalışan sahibkarların Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq dövründə və tədbir müddətində göstərdikləri iş və xidmətlərdən əldə etdikləri gəlirlər vergidən azad olunmaqla, onların dövriyyə imkanlarını yaxşılaşdıracaq.

ƏDV ilə bağlı yeni güzəştlər

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin digər istiqaməti bir sıra qiymətli mədəniyyət nümunələrinin idxal vergisindən azad olunması ilə bağlıdır. Belə ki, incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Vergi qanunvericiliyindəki yeni dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad edilib. Bu vergi güzəşti 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

İnternetlə alış-verişdən ƏDV tutulacaq

Vergi Məcəlləsi, “Banklar haqqında”, “Gömrük tarifi haqqında” qanunlarda dəyişikliklərin digər bir istiqaməti isə elektron ticarətdə vergi tənzimləri və gəlirlərə nəzarətlə bağlıdır. Yenilənmiş sənədlərə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 min dolların manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınacaq. Bu maddədə qeyd olunan dövriyyəsi 10 min dolların manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçiriləcək. Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.

Beləliklə, dəyişikliyə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınmaqla ƏDV ödəyəcək. Həmin şəxslərin uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı  müəyyən edəcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see365

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see269

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see261

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see243

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see240

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see237

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see229

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see228

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see227

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see226

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see215

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see210

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see208

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see205

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see205

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see201

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see200

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see199

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see197

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri