X alqoritmini dəyişir! İndi əyləncəli və məlumatlandırıcı yazılar daha çox nümayiş olunacaq!
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, Elon Musk tərəfindən idarə olunan sosial media nəhəngi "X" xəbərlər kimi mövzular üçün ən məşhur platformalardan biri idi.
Bununla belə, son vaxtlar mənfi məzmunlu yazıların sayında böyük artım müşahidə olunur. Zorakılıqdan tutmuş depressiyaya qədər bu tip məzmunu çox görünür. Əslində, Elon Musk bu yaxınlarda bu vəziyyətdən şikayətlənib və praktik olaraq istifadəçilərdən daha müsbət şeylər paylaşmağa xahiş edib.
İndi "X"in bu məsələ ilə bağlı addım atacağı açıqlanıb. Mask, "X"in alqoritminin həddindən artıq mənfiliyi vurğuladığını və bunun dəyişəcəyini ifadə etdi.
Maskın dünənki paylaşımına görə, tezliklə "X" alqoritmində dəyişikliklər ediləcək. "Bu dəyişikliklə istifadəçilər artıq daha az neqativ məzmunla qarşılaşacaqlar. Bunun əvəzinə, daha çox vurğulanan məlumatlandırıcı və əyləncəli məzmunu görəcəyik", - deyə sosial platformanın sahibi qeyd edib.
Milyarder iş adamı deyir ki, bunu etməkdə məqsəd platformada vaxt keçirdiklərinə görə peşman olan insanların sayını azaltmaqdır. Dəyişikliyin nə vaxt ediləcəyi hələlik bəlli deyil.
Qadir, Bizimyol.info
Algorithm tweak coming soon to promote more informational/entertaining content. We will publish the changes to @XEng.
Our goal is to maximize unregretted user-seconds. Too much negativity is being pushed that technically grows user time, but not unregretted user time.
— Elon Musk (@elonmusk) January 4, 2025
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 06 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















