Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı Aparat təkzib etdi
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“44 günlük müharibə zamanı Ermənistanın 4800 hərbçisi həlak olub”.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Praqanın CEVRO universitetində çıxışı zamanı bildirib.
Bundan sonra Ermənistan Prezidentinin Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aqasi Marqaryan açıqlama yayaraq, dövlət başçısının 44 günlük müharibədə ölən erməni hərbçilərin sayında səhvə yol verdiyini bildirib.
“Səhvə görə üzr istəyirik və dəqiqləşdiririk: 44 günlük müharibədə həlak olanların sayı 3755 nəfərdir”, - Marqaryan əlavə edib.
Qeyd edək ki, Ermənistandakı son rəsmi məlumatlarda II Qarabağ müharibəsində ölən erməni hərbçilərin sayı 3833 nəfər göstərilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 Sentyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















