Icma.az
close
up
RU
Xaçmazda böyük ədəbi hadisə “Ulduzlar” 65

Xaçmazda böyük ədəbi hadisə “Ulduzlar” 65

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mayın 6-da Xaçmazda Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin 65 illik yubileyinə həsr edilmiş geniş tədbir keçirilib.

525.az bayraqdar.info-ya istinadən xəbər verir ki, sözügedən qurumun təşkil etdiyi tədbirə Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi də dəstək verib.

Ulu öndər Heydər Əliyevin heykəli önünə çiçək qoyulmaqla başlayan tədbir Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində təşkil edilmiş “Ulduzlar”ın üzvlərinin və rayon yazarlarının əsərlərindən ibarət sərgiyə baxışla davam edib.

Muzeyin geniş konfrans zalındakı tədbirdə rəsmilərlə yanaşı Azərbaycan Yazıçılar Birliyinin təmsilçiləri də iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin ifası və şəhidlərin, həmçinin doğum günü ərəfəsində olduğumuz Ulu öndər Heydər Əliyevin ruhunun yad edilməsi ilə başlayan tədbirin ilk çıxışında Məclisin sədri, şair Fərzalı Ziyanur “Ulduzlar”ın tarixçəsi və keçdiyi yol haqqında məruzə edib.

Daha sonra çıxış edən Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini Günel Nürəddinova Ümummilli lider Heydər Əliyevin ədəbiyyata və ədəbiyyat adamlarına diqqətindən danışıb, eyni zamanda Prezident İlham Əliyevin də bu yaxşı ənənəni layiqincə davam etdirdiyini deyib. O, həmçinin Xaçmazın icra başçısı Elnur Rzayevin məhz dövlətin rəhbərindən örnək alaraq həm də belə məsələlərdə çox diqqətli olduğunu deyib.

Günel Nürəddinova Elnur Rzayevin “Ulduzlar”ın 65 illik yubileyi münasibət ilə imzaladığı “Fəxri Fərman”ı Məclisin sədri Fərzalı Ziyanura təqdim edib.

Növbəti çıxış edən Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Musayev də təbriklərini çatdırıb, dövlət qurumu olaraq həmişə belə tədbirləri təqdir etdiklərini bildirib.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid çıxış edərək AYB sədri Anarın yazılı təbrikini “Ulduzlar”a təqdim eləyib. O, eyni zamanda “Ulduzlar”ın timsalında bölgədə ədəbiyyatın inkişafından, bu işə dövlətin verdiyi dəstəkdən danışıb. Çıxışçı qeyd edib ki, Xaçmaz rayonu da özünün qaynar ədəbi həyatı ilə ciddi fərqlənir.

Rəşad Məcid eyni zamanda “Ulduzlar”ın adını daşıdığı mərhum xaçmazlı şair Murad Qudyalçaylının yaradıcılığı haqqında fikirlərini dilə gətirib.

Daha sonra AYB təmsilçisi “Ulduzlar”ın sədri Fərzalı Ziyanurun Yazıçılar Birliyinə üzv qəbul edildiyini bildirib və vəsiqəsini təntənəli şəkildə ona təqdim edib.

Özünün milli-vətənpərvər ruhda şeirləri ilə könülləri fəth etmiş bayraqdar şair, AYB Quba bölməsinin rəhbəri Ramiz Qusarçaylı da maraqlı çıxışı ilə iştirakçıların könlünü oxşayıb. O, həm Murad Qudyalçaylı, həm də “Ulduzlar”la bağlı fikirlərini, müşahidələrini bölüşüb. Ramiz Qusarçaylı qeyd edib ki, “Ulduzlar” nəinki Xaçmazda, ümumiyyətlə Quzey bölgəsində ən fəal ədəbi məclis kimi diqqət çəkir, ədəbiyyata həvəsi gücləndirir.

Daha sonra digər qonaqların və iştirakçıların çıxışları dinlənilib.

Bakıdan gəlmiş şair, həkim və “Ulduzlar”ın yaxın dostu Nazilə Gültac təbriklərini çatdıraraq bir parça şeirlə məclisin sevincinə rəng qatıb.

Şabranda fəaliyyət göstərən Xaqani adına Poeziya Evinin rəhbəri, şair Aybəniz Əliyar da öz növbəsində maraqlı çıxış edərək təbriklərini dilə gətirib, bir şeiri ilə “Ulduzlar”a xoş arzularını bildirib.

Qubadan gəlmiş şairlər Səbuhi Hacıxanlı, Güləli Bağban və Ayaz Səlimxanoğlu da təbriklərini ifadə edib.

Bədii qiraətçi Dilarə Rüstəmovanın səsləndirdiyi Murad Qudyalçaylı poeziyasından nümunələr iştirakçıların ürəyincə olub.

“Ulduzlar”ın ən fəal üzvlərindən olan şair, yazıçı, alim, ictimai xadim Gülümbala Nəsirlinin şəxsi vəsaiti hesabına dərc etdirdiyi Məclis üzvlərinin şeirlərindən ibarət yeni almanax iştirakçılarda böyük maraq oyadıb, təqdirlə qarşılanıb.

Növbəti çıxışı Qubada fəaliyyət göstərən “Gülüstan” Ədəbi Məclisinin sədri, şair, yazar, pedaqoq Şixəmməd Seyidməmmədov edib. O, tarixi şəxsiyyət Abbasqulu Ağa Bakıxanovun mirası olan, 190 yaşına çatmış “Gülüstan”la bağlı danışmaqla bərabər “Ulduzlar”ın fəaliyyətinə də toxunub, ona yubileyində uğurlar diləyib.

Xaçmazda fəaliyyət göstərən “İlham Çeşməsi” Ədəbi Məclisinin sədri, şair Böyükağa Ağa həm başçılıq etdiyi qurum haqqında qısa bilgi verib, həm də “Ulduzlar”a xoş arzularını dilə gətirib.

Xudat mərkəzli “Söz İşığında” Ədəbi Məclisinin sədri, şair Səyyad Sərraf qısa təbrik çıxışı edərək yubilyara təbriklərini çatdırıb.

Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov təbrik çıxışı edib, “Ulduzlar”a bundan sonra da yeni uğurlar diləyib.

Sonda tədbirin keçirildiyi məkan – Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva çıxış edərək həm təbriklərini ifadə edib, həm də belə tədbirlərə dövlətin verdiyi dəstəkdən danışıb.

Qeyd edək ki, tədbirin aparıcısı “Ulduzlar”ın fəxri üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri