Xaçmazda “Milli suverenlik və hüquqi təminatlar: Prokurorluğun rolu” mövzusunda seminar keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Xaçmaz, 17 oktyabr, Elxan Yusifli, AZƏRTAC
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərin davamı olaraq, oktyabrın 17-də Xaçmaz Rayon Prokurorluğunun inzibati binasında “Milli suerenlik və hüquqi təminatlar: Prokurorluğun rolu” mövzusunda seminar təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə prokurorluq əməkdaşları, QHT təmsilçiləri, media nümayəndələri və hüquqşünaslar iştirak ediblər.
Seminarı açan Xaçmaz rayon prokuroru Rəşad Məmmədov prokurorluğun dövlət suverenliyinin qorunmasında və hüquq sisteminin dayanıqlığının təminində oynadığı rolu vurğulayıb.
Daha sonra çıxış edən Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov cəmiyyətlə açıq ünsiyyətin və şəffaflığın prokurorluğun fəaliyyətində prioritet olduğunu qeyd edib.
Xaçmaz rayon prokurorunun köməkçisi Leyla Babakişiyeva çıxışı zamanı hüquqi maarifləndirmənin, xüsusilə də gənclər arasında hüquqi biliklərin artırılmasının önəmini vurğulayıb.
Seminar interaktiv müzakirələrlə davam edib. İştirakçılar çıxışçılara suallar ünvanlayıb və müzakirələrdə fəal iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 17 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















