Xaçmazdakı qəzada ölən və yaralananların kimliyi məlum oldu YENİLƏNİB (FOTO)
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xaçmazda baş verən qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
”Unikal”ın Şimal bürosunun məlumatına görə, 1958-ci il təvəllüdlü Dəmirov Fərhad Ağamurad oğlu, 1958-ci il təvəllüdlü Z.Əmirbəyova və 1991-ci il təvəllüdlü Z Soltanova rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Qəza nəticəsində birinci sinif şagirdi R. Vəliyev isə aldığı ağır bədən xəsarətlərindən ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
*** 15:16
Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Opel" markalı minik avtomobili hərəkətdə olan "Ford" markalı mikroavtobusa çırpılaraq onu hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinin yoluna atıb.
Nəticədə 1 nəfər azyaşlı ölüb, 3 nəfər isə yaralanıblar. Yaralılar Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 21 Noyabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















