Icma.az
close
up
RU
Xalaoğlu ilə zarafatın axırı məhkəmdə bitdi

Xalaoğlu ilə zarafatın axırı məhkəmdə bitdi

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Biləsuvar rayonunda 1994-cü il təvəllüdlü Rəhim xalası oğlu Vüsala (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 1-də Biləsuvar şəhəri, M.İbrahim küçəsində baş verib. Rəhim həmin gün saat 23 radələrində yaşadığı evin həyətində qohumu Vüsal ilə zarafat edib. Bu məsələ ilə bağlı aralarında yaranan mübahisə zamanı Vüsal xalası oğlunun ünvanına söyüş söyüb. Bunu əsas gətirən Rəhim bir dəfə əlində olan ət dəhrəsi ilə onun qol nahiyəsindən vurub. 
Hadisəni törədən Rəhimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Biləsuvar şəhərində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, himayəsində 1 uşağı var və fəhləlik etməklə ailəsini dolandırır: “Vüsal mənim xalam oğludur və həmin şəxslə aramızda münasibətlər yaxşı olub. İyulun 1-də, Vüsal bizə qonaq gəldi. Həmin gün, saat 23 radələrində söhbət zamanı xalam oğlu ilə aramızda münaqişə yarandı. Mən Vüsalın məni təhqir etməsindən qəzəblənərək mətbəxdən ət doğramaq üçün istifadə edilən dəhrəni götürərək, həyətə düşüb və həmin dəhrə ilə onun qoluna bir dəfə zərbə endirdim. Hadisə 1-2 dəqiqə çəkdi. Bu vaxt xalam oğluna başqa zərbə endirməmişəm və ya onu döyməmişəm. Ona xəsarət yetirdiyim zaman sərxoş vəziyyətdə olmuşam. Baş verənləri detallı şəkildə xatırlamıram”. 
O, həmçinin bildirib ki, əməlindən peşmançılıq hissi keçirir, buna görə də Zərərçəkmiş şəxs üzr istəyib, ona dəymiş ziyanı aradan qaldırıb və onunla barışığa nail olub. 
Zərərçəkmiş Vüsalın sözlərinə görə, xalası oğlu Rəhimlə münasibətləri yaxşı olub: “Mən tez-tez xalamın evinə qonaq gedirəm. İyulun 1-də xalamın evinə getdim və gecəni orada keçirdim. Mən və xalamoğlu həmin gün saat 23 radələrində söhbət edərkən aramızda mübahisə və münaqişə yarandı. Mən əsəbiləşərək, Rəhimi söydüm. Bundan sonra isə həmin şəxs mətbəxdə olan dəhrəni götürərək, sol qol nahiyəmə bir dəfə zərbə endirdi. Lakin o, sonradan məndən üzr istədi, mənə dəymiş ziyanı aradan qaldırdı və mənimlə barışığa nail oldu”. 
Eyni zamanda zərərçəkmiş məhkəmədə vəsatət verib. O, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, ona vurulmuş zərəri aradan qaldıraraq, onunla barışmasını nəzərə alınmasını, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.
Bu işə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkənlə barışıq əldə etməsini nəzərə alıb. 
Məhkəmənin hökm ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri