Xalis mənfəəti 20 faizdən çox azaldı Alıcılar BYD dən üz çevirir?
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Çinin elektrik avtomobilləri istehsalçısı BYD-nin gəliri hesabat dövründə 344,8 milyard yuan (51,26 milyard dollar) təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% azdır.
Şirkətin xalis mənfəəti isə 20,5% azalaraq 12,3 milyard yuana (1,83 milyard dollar) düşüb.
Məlumata görə, avtomobil istehsalçılarının maliyyə göstəricilərinə Çinin daxili bazarında tələbatın zəifləməsi, rəqabətin kəskinləşməsi, eləcə də xammal və çiplərin bahalaşması mənfi təsir göstərib.
Bununla belə, BYD-nin xarici bazarlara ixracı 67,8% artaraq 792 min avtomobili ötüb.
Şirkətin premium seqmentdə fəaliyyət göstərən FANGCHENGBAO, “Denza” və “Yangwang” markalarının ümumi satışları isə 61% artıb. Bu markaların satışları BYD-nin ümumi minik avtomobili satışlarının 12,8%-ni təşkil edib.
Maliyyə nəticələrinin açıqlanmasından sonra BYD-nin Honkonq Fond Birjasında səhmlərinin qiyməti təxminən 5% ucuzlaşıb.
Qeyd edək ki, BYD Çinin ən böyük elektrikli nəqliyyat vasitələri istehsalçısıdır.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Teslanın xalis mənfəəti azaldı
29 Yanvar 2026 10:09
“Toyota”nın xalis mənfəəti azaldı
07 Avqust 2025 17:49
Bank sektorunda xalis mənfəət 20 faizdən çox artıb
26 Avqust 2026 11:59
“Kəpəz”in xalis kredit portfeli və xalis mənfəəti 14 faizdən çox artıb
29 Aprel 2026 13:31
Qida zənciri dəyişdi: Alıcılar balığa üz tutdu
27 Oktyabr 2025 19:49
Baxış sayı:102
Bu xəbər 01 Sentyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















