Icma.az
close
up
RU
Xallar nə zaman təhlükəli olur? Həkim izah edir

Xallar nə zaman təhlükəli olur? Həkim izah edir

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsana yaraşıq, gözəllik verən əlamətlərdən biri də xallardır. Keçmişdə insanlar dərisinə süni xal qoyurdular.

Lakin bir sıra xallar var ki, onlar insanın xarici görünüşünə xələl gətirməklə yanaşı, ölümcül xəstəliklərə də yol aça bilir.

Son zamanlar insanlar lazer üsulu ilə xalları yandırıb, dəridən götürürlər. Xalın lazerlə götürülməsi doğrudurmu? Ümumiyyətlə, xalların təhlükəli olduğunu necə müəyyənləşdirmək olar?

Oxu.Az-ın suallarını ali dərəcəli həkim dermatoveneroloq Aqşin Kəngərli cavablandırıb.

O bildirib ki, xalların növünü dəqiqləşdirmədən onlara müdaxilə etmək xərçəng riski yarada bilər:

“Xalların növü kifayət qədər çoxdur. Bədəndə hər hansı nahiyədə yerləşən xala müdaxilə etmək üçün onu differensasiya etmək lazımdır. Onun bədxassəli, ya xoşxassəli olması müəyyənləşdirilməlidir.

Bəzən xoşxassəli xallar inkişaf mərhələsində fəsadlaşmaya gətirib çıxara bilər. Ona görə də xoşxassəli xalların belə müəyyən mütəxəssis baxışına ehtiyacı var. Melanoma deyilən xal var ki, onun xərçəng riskinə çevrilməsi digər xallarla müqayisədə daha çoxdur. Bu xallar çox sürətlə artır və yalnız dəri xərçəngi deyil, mədə xərçəngi, beyin xərçəngi də yarada bilər.

Əgər xalın ətrafı əyri hal almağa başlayıbsa və ölçüsündə, inkişafında böyümə müşahidə edilirsə, qaşınma, qanama   kimi simptomlar müşahidə edilirsə, yaxşı olar ki, həkimə müraciət edilsin. Mütəxəssis bu simptomlar əsasında dəqiq diaqnoz qoya bilər ki, bu melanomadır, yoxsa yox.

Bu xallar, demək olar ki, əksər hallarda ölümlə nəticələnə bilir. Ona görə də mütəxəssisə nə qədər tez müraciət olunsa və həmin xallar nə qədər tez aradan götürülsə, bir o qədər də insanın həyati riski azalar. Əks halda insan həyatını xilas etmək mümkün olmur”.

Həkim onu da əlavə edib ki, bədəndə virus xallar yaranır ki, onlar birmənalı olaraq həkim müdaxiləsi ilə təmizlənməlidir:

“Bu xallar öz-özünə inkişaf edərək yayılır. Buna görə də təcili şəkildə götürülməlidir Bu xalları turşular, maye azot, lazer, cürbəcür məlhəmlər və digər vasitələrlə təmizləmək mümkündür. Xalların ölçüsü, yerləşdiyi yerdən asılı olaraq bəzən sap bağlayaraq götürürlər. İstər kişi, istər qadın, istərsə də uşaqlarda olan xalların gələcəkdə fəsad verməməsi üçün həkim müayinəsi önəmlidir”.

Xalların lazer vasitəsilə götürülməsinə münasibət bildirən həkim, onu da əlavə edib ki, bəzən insanlar kompleksdən azad olmaq üçün həyatlarını riskə atırlar:

“Həkim müayinəsi olmadan xalların lazer üsulu ilə kəsilməsi məsləhət deyil. Çünki elə xallar var ki, onlara toxunmaq olmaz. Hər xalı təmizləmək üçün lazer üsuluna müraciət etmək düzgün deyil.

Çox təəssüf ki, bu gün bəzi həkimlərə də etimad etmək olmur. Dəqiq müayinə etməmiş pasiyentləri müxtəlif səbəblərdən lazerə yönəldirlər. Təəssüf ki, ölkədə bu sahədə pərakəndilik var. Bəzən qocalıq xalı olur, xüsusən qəhvəyi rəngdə iri ləkə formasında yaranır. Əksər hallarda yaşlı kişilərdə baş nahiyyəsində yaranır. O xallara, eyni zamanda, piqment ləkələrinə müdaxilə etmək doğru deyil.

Xalların dəri altının dəqiq analiz edilməsi üçün dermatoskop deyilən bahalı cihaz var. Təəssüf ki, həmin cihaz ölkədə bir neçə tibb müəssisəsində mövcduddur. Cihaz vasitəsilə xalın özü, alt təbəqəsi, sağlam və ya xəstə dəri ətrafında yerləşdiyini müəyyən etmək mümkün olur. Müayinə əsasında virus mənşəli xalların 60 faizi götürülə bilər.

Dərinin xoşxassəli törəmələri - qocalıq ziyilləri, qocalıq keratoması, fibroma, lipoma, dəri buynuzu və s. olur. Həmin fibromalar kiçik ölçüdə olur və sonradan böyüyərək ət xalına çevrilə bilir”.

Onun sözlərinə görə, boyun nahiyəsində yerləşən iri ölçülü ət xalları (fibromalar) xərçəngə çevrilə bilər:

“Xüsusilə qadınlar və kişilərdə boyun nahiyəsində yerləşir. Kişilərə nisbətən qadınlarda daha təhlükəlidir, çünki istifadə edilən aksesuarlar xalı sürtür, zaman-zaman qanadır və zədələyir. Bu zaman infeksiya düşə bilər və çox ciddi fəsadlaşaraq ikincili infeksiya, irinli yaraya çevrilə bilər. Sonda isə bədxassəli xərçəng yarana bilər. Məsləhətdir ki, sürtünməyə məruz qalan nahiyələrdə deyilsə, iri ölçülü ət xallara toxunulmasın”.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 03:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri