Xalq artisti Ənvər Həsənov insult keçirib, xəstəxanaya yerləşdirilib AzPolitika onlayn siyasi ictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xalq artisti Ənvər Həsənov insult keçirib.
Bu barədə “Report”a aktyorun qızı məlumat verib.
Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür xəstəxanadadır:
“Yanvarın 9-da aparmışdıq xəstəxanaya. Özünü yaxşı hiss etmirdi. Cümə günü xəstəxanada insult keçirdi və daha da ağırlaşdı. İki gün reanimasiyayada qalandan sonra palataya köçürüldü. Müalicəsi davam etdirilir”.
Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Xalq artisti Ənvər Həsənov yaddaşını itirib
11 Fevral 2025 16:42
Xalq artisti Ənvər Həsənov vəfat edib
25 Mart 2025 00:57
Xalq artisti Ənvər Həsənov reanimasiyadan palataya köçürülüb
19 Yanvar 2025 18:02
Xalq artisti: “Ənvər Həsənov kimi sənətkarlar ölməzdir”
17 Mart 2025 17:38
Xalq artisti Ənvər Həsənov dəfn edildi YENİLƏNİB
17 Mart 2025 14:43

