Xalq artisti: Harada yaşadığımı görüb TƏƏCCÜBLƏNİRLƏR
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı səmimi etirafı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, tanınmış aktrisa hazırda sadə bir məhəllədə yaşadığını bildirib və bu seçimindən məmnun olduğunu deyib.
Afaq Bəşirqızı qeyd edib ki, adi insanların arasında yaşamaq ona xoşbəxtlik verir:
"Adi bir məhəlləyə köçmüşəm. Sadə insanların içində yaşamaq böyük xoşbəxtlikdir. Ömrümün üstünə ömür gəlir".
Aktrisa həmçinin yaşadığı mühitin sağlamlığına da müsbət təsir etdiyini vurğulayıb:
"Oranın havası da yaxşıdır, səhhətimə xeyirdir".
Sənətçi bildirib ki, sakinlər onun məşhur olmasına baxmayaraq, ona çox səmimi və hörmətlə yanaşırlar:
"Hamı deyir burada yaşayırsınız? Mən orada yaşayan heç bir insandan artıq deyiləm".
O, gündəlik həyatında qarşılaşdığı məqamları da bölüşüb:
"Pilləkənləri çıxanda əziyyət çəkirəm, köməklə çıxıram. Kimsə görəndə dayanıb qapını saxlayır ki, keçim. Gördüm ki, məktəblidir, yaşlısı-cavanı hər biri çox hörmət edirlər".
Qeyd edək ki, aktrisanın bu açıqlamaları sosial şəbəkələrdə də maraqla qarşılanıb və izləyicilər tərəfindən müsbət rəylər alıb.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 10 Aprel 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















