Xalq artisti növbəti dəfə sevənlərinin qarşısında
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə sevənlərinin qarşısısına çıxıb.
Missiya.Az xəbər verir ki, pop ulduz ticarət mərkəzlərinin birində solo konsert proqramı ilə çıxış edib.
Açıq havada baş tutan gecəyə Ağayevanı dinləmək üçün 7000-dən çox tamaşaçı toplanıb. Müğənni səhnədə sevilən, dillərəzbərinə çevrilən hitlərini səsləndirib. Hər çıxışı anşlaqla qarşılanan tanınmış sənətçinin bütün nəğmələrini pərəstişkarları onunla birlikdə oxuyublar.
Xalq artistini səhnədə “Tünzalə dance group” müşayiət edib.



Zərintac Mayisqızı
Missiya.Az

