Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyinə Kral Lir əsəri əsasında eyniadlı benefis tamaşa hazırlanacaq
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli sənətkar Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunan Vilyam Şekspirin "Kral Lir" əsəri əsasında eyniadlı benefis tamaşa hazırlanacaq.
Teatrdan XQ-yə bildirilib ki, tamaşanın quruluşçu rejissoru və bəstəkarı Şota Rustavelli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidzedir. Qeyd edək ki, 2025-ci ilin fevralında Akademik Milli Dram Teatrı ilə Şota Rustavelli adına Gürcüstan Milli Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb. "Kral Lir" Memorandumun üçüncü mərhələsinin icrasıdır.
Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssamı Vüsal Əliyev, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.
Yeni yaradıcılıq işində Xalq artisti Nurəddin Mehdixanlı (Kral Lir), əməkdar artist Münəvvər Əliyeva (Qoneriliya), aktrisalar İlahə Həsənova (Reqana), Rəbbilə Ələkbərzadə (Kordeliya), Xalq artisti Sabir Məmmədov (Qraf Qloster), əməkdar artist Elnar Qarayev (Edqar), aktyor Tural İbrahimov (Edmund), əməkdar artist Elşən Rüstəmov (Qraf Kent), aktyor Elsevər Rəhimov (Təlxək), əməkdar artist Anar Heybətov (Hersoq Kornual), aktyorlar Elçin Nurəliyev (Hersoq Albani), Əliulla Vəliyev (Fransa kralı), Rəvan Səmədov (Burqundiya Hersoqu), Vüsal Mustafayev (Osvald), Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov (Cəngavərlər) iştirak edirlər.
"Kral Lir"in əsas ideyası iyerarxik sistemin süqutu, yalan və yaltaqlıqdan kənarda həqiqi dəyərlərin axtarışı, nizamla xaosun toqquşması, eləcə də mənəvi qanunlar və cəzanın labüdlüyü ilə bağlıdır.
Tamaşanın premyerası aprel ayında olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Yanvar 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















