Icma.az
close
up
RU
Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olunub

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olunub

Icma.az, 525.az saytına istinadən bildirir.

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda görkəmli bəstəkar, musiqi və ictimai xadim, Xalq artisti, professor Ramiz Mustafayevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbiri keçirilib.

525.az xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynovanın aparıcılığı ilə təşkil olunan tədbirdə professorlar Həcər Babayeva və Zemfira Qafarova bəstəkarın zəngin həyat və yaradıcılıq irsindən söz açıblar. Həcər Babayeva “Bəstəkar Ramiz Mustafayevin yaradıcılığına bir nəzər” mövzusunda məruzə ilə çıxış edib, Zemfira Qafarova isə sənətkarla bağlı xatirələrini bölüşüb.

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş televiziya filmi haqqında məlumat verib. Daha sonra “Yaddaşın simləri titrəyərkən... Ramiz Mustafayev” sənədli filmi nümayiş etdirilib.

Çıxışlarda diqqətə çatdırılıb ki, Ramiz Mustafayevin yaradıcılıq irsi opera, simfonik və xor musiqisi, oratoriya, kantata, vokal-simfonik poema, mahnı və romanslar da daxil olmaqla rəngarəng musiqi janrlarını əhatə edir. Bəstəkarın yaradıcılığında Səməd Vurğunun eyniadlı dramı əsasında qələmə aldığı “Vaqif” operası xüsusi yer tutur. 1962-ci ildə bu əsərə görə bəstəkar Ümumittifaq gənc bəstəkarlar müsabiqəsinin laureatı adına layiq görülüb. Onun irsinin mühüm hissəsini tariximizə, milli mədəniyyətimizə və Vətənə məhəbbət ruhuna köklənmiş əsərlər təşkil edir. Ramiz Mustafayev, həmçinin xor sənətinin inkişafına və yeni nəsil azərbaycanlı musiqiçilərin yetişdirilməsinə dəyərli töhfələr verib.

Tədbirin bədii hissəsində Əməkdar artist Ramil Qasımov (tenor) və beynəlxalq müsabiqələr laureatı Fatimə Cəfərzadənin (soprano) ifasında bəstəkarın unudulmaz əsərləri səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Oktyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri