Xalq artisti Tünzalə Ağayeva “Dream fest” beynəlxalq musiqi festivalında
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Tünzalə Ağayeva “Dream fest” beynəlxalq musiqi festivalında iştirak edir.
Missiya.Az xəbər verir ki, festivalın ilk günündə qırmızı xalıdan keçən pop ulduz rəngli və retro ab-havalı obrazı ilə diqqət mərkəzində idi.
Sənətçinin "look"u “Sevgi obrazı” adlanır. Qırmızı xalıdan tanınmış dizayner Orxan Sultanla birgə keçən ulduz təəssüratlarını bölüşüb: “Dream fest” Azərbaycanın ən böyük, meqa festivalıdır. Gözəl soydaşımız, dəyərli dostumuz Eminin təşəbbüsü ilə keçirilən festivalda artıq ikinci ildir iştirak edirəm. Eminə bu cür mədəni hadisələri təşkil etdiyi üçün təşəkkürümü bildirirəm. Hər şey möhtəşəmdir. Bu gün “Əfsanə adlı yeni mahnım işıq üzü gördü və onu ilk dəfə məhz “Drem fest” səhnəsində səsləndirəcəyim üçün çox həyəcanlı və xoşbəxtəm”.

Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 İyul 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















