Icma.az
close
up
RU
Xalq artistinin anım günüdür

Xalq artistinin anım günüdür

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ömrünü Azərbaycan kino və teatr sənətinə həsr etmiş  Xalq artisti Kamal Xudaverdiyevin anım günüdür. Aktyor  3 may 1938-ci ildə Bakıda anadan olub.

O, həm Akademik Milli Dram Teatrının aparıcı aktyoru,  həm də lirik psixoloji üslublu məktəbin nümayəndəsi idi . Aktyor kimi məhz həmin janrlı filmlərdə tamaşaçı rəğbəti qazanmışdı. Onun teatr həyatı  qısa bir  zamanı çıxmaq şərti ilə Akademik Milli Dram Teatrı ilə bağıdır.

1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb.

Aktyor  teatrda yaratdığı presonajlarla  yanaşı, kino sənətində də unudulmaz obrazlarla yadda qalıb. O,  "İstintaq davam edir" (Çingizov), "Ən vacib müsahibə" (Həsənov), "Dağlarda döyüş" (Rüstəmov), "Nəsimi" (Yusif), "Abşeron" (Əli), "Üzü küləyə" (kombinat müdiri), "Adanı özünlə apara bilməzsən" (ata), "Otel otağı" (alim), "Dədə Qorqud" (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib. Onu tamaşaçıya sevdirən məqamlardan birisi  xarizması və  dəyişkən xarakterli  obrazları mükəmməl  canlandırması idi. Tamaşaçını inandıra bilirdi. 

Əlbəttə çəkdiyi zəhmət də əbəs deyildi. Aktyor tamaşaçı sevgisi ilə yanaşı, rəsmi şəkildə də dəyərini alırdı. O, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 22 may 1991-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi.
Səhhətində yaranan problemlər ona səhnəyə çıxmağa imkan vermir.  O, ömrünün son səhnəsi olan bu fani dünya ilə vidalaşır-  23 aprel 2008-ci ildə ürək çatımazlığından vəfat edir. 

Əntiqə Kərimzadə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Aprel 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri