Xalq artistləri haqda deyilən bu fikirlər REKORD QIRIR
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Jurnalist Orxan Saffarinin Azərbaycan incəsənətində tanınmış simalarla bağlı səsləndirdiyi sərt və mübahisəli fikirlər ictimai müzakirələrə yol açıb.
KONKRET.az xəbər verir ki, jurnalist Orxan Saffari özünün Facebook hesabında Azərbaycan incəsənəti və estrada sənəti ilə bağlı sərt fikirlər paylaşıb.
Onun sözlərinə görə, Azərbaycan incəsənətində illərdir “şişirdilmiş” simalar mövcuddur. Saffari iddia edir ki, bu proses bəzi hallarda şəxsiyyət, bəzi hallarda isə sənət üzərindən aparılıb. O, Flora Kərimovanın şəxsiyyət, Zeynəb Xanlarovanın isə həm sənət, həm də şəxsiyyət baxımından şişirdildiyini qeyd edib.
Jurnalist yazıb ki, klassik nəsil azərbaycanlıların Zeynəb Xanlarovaya sevgisi məlumdur, lakin bu sevgi təbii yox, sistemli şəkildə formalaşdırılıb. Onun fikrincə, vaxtilə alternativlərin olmaması, siyasi mühit və mədəniyyət siyasəti bu prosesi qaçılmaz edib.
Orxan Saffari hesab edir ki, Zeynəb Xanlarova Azərbaycan xalqına “məcburi sevdirilmiş” sənətçidir və bu sevgi zamanla şüuraltına hopub. O, Xanlarovanın nə sənətçi kimi musiqiyə, nə də siyasətçi kimi siyasətə real fayda verdiyini iddia edib.
“Zeynəb Xanlarova olmasaydı da, Azərbaycan xalqı və incəsənəti böyük bir şey itirməzdi”, – deyə jurnalist paylaşımında vurğulayıb.
Saffari əlavə edib ki, dünya praktikasında tanınmış sənətçilər yaşlandıqca ya yaradıcılıqlarını dəyişir, ya da səhnədən çəkilirlər. Onun fikrincə isə Zeynəb Xanlarova dəyişmədən səhnədə qalmaqla mədəniyyətin inkişafına yox, onun donmasına xidmət edib.
Paylaşımda o da qeyd olunub ki, Xanlarovanın dominant olduğu dövrlərdə estrada və vokal sahəsində yeni qadın səslərin yüksəlişi sistemli şəkildə zəiflədilib və mədəniyyət siyasəti “bir səs – bir ikon” prinsipi üzərində qurulub.
Jurnalist sonda belə bir sual ünvanlayıb:
“Belə bir sənətçi Azərbaycan xalqına həqiqətən lazımdırmı? Xalq onu doğrudanmı sevir, yoxsa bu, sadəcə yeni il nostaljisidir?”
Natiq Səlim
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 01 Yanvar 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















