Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciəti təkcə ötən ilin yekunu deyil, eyni zamanda postmüharibə dövründə Azərbaycanın siyasi, hərbi və diplomatik kursunun konseptual təqdimatı kimi diqqət çəkir.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib.

Onun sözlərinə görə, müraciət açıq şəkildə göstərir ki, Azərbaycan artıq regional gündəliyin obyekti deyil, onu formalaşdıran əsas aktorlardan biridir:

"Prezidentin çıxışında əsas leytmotiv xalq–iqtidar birliyidir. Bu birlik təkcə Vətən müharibəsində qələbənin deyil, sonrakı beş ildə əldə olunan siyasi-diplomatik nəticələrin də başlıca dayağı kimi təqdim olunur. Dövlət başçısı Zəfərin beşinci ildönümünü xatırladaraq, Qarabağ məsələsinin artıq beynəlxalq gündəlikdən silindiyini xüsusi vurğulayır. Bu, təkcə hərbi yox, eyni zamanda siyasi Zəfərin təsdiqidir.

Minsk qrupunun tarixə göndərilməsi və Ermənistanla sülh müqaviləsinin paraflanması onu göstərir ki, Azərbaycan münaqişə sonrası mərhələdə qalib dövlət olaraq yaratdığı yeni reallıqları beynəlxalq miqyasda qəbul etdirə bilib".

Siyasi şərhçi vurğulayıb ki, Prezidentin müraciətində diqqətçəkən məqamlardan biri “biz yeni müharibəyə hazırlaşmırıq” tezisi ilə yanaşı, təhlükəsizlik məsələsinin prioritet kimi saxlanılmasıdır:

"İlham Əliyev açıq mesaj verir: beynəlxalq hüququn zəiflədiyi, güc amilinin ön plana çıxdığı indiki dünyada yalnız güclü dövlətlər öz suverenliyini qoruya bilir.

Silahlı Qüvvələrin modernləşdirilməsi, Komando və Xüsusi Təyinatlı Qüvvələrin genişləndirilməsi, yerli hərbi sənaye potensialının artırılması Azərbaycanın öz təhlükəsizliyini kənar aktorlardan asılı olmadan təmin etmək niyyətini ortaya qoyur".

A.Camalqızı onu da qeyd edib ki, 2025-ci il Azərbaycan üçün diplomatik baxımdan da məhsuldar il kimi təqdim olunur:

"D-8 təşkilatına üzvlük, Orta Asiya ölkələrinin Məşvərət Şurasına tamhüquqlu üzv seçilmək Bakının regional və sivilizasiya miqyaslı rolunun artdığını göstərir. Xüsusilə Cənubi Qafqaz ölkəsi olan Azərbaycanın Orta Asiya siyasi platformasında qəbul edilməsi rəsmi Bakının etimad qazandığını sübut edir.

Xankəndidə ECO Zirvə Görüşünün keçirilməsi isə siyasi simvolizm baxımından mühüm mesajdır: dünən separatizmin yuvası olan şəhər bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Prezidentin müraciətində iqtisadi göstəricilər təsadüfi olaraq xüsusi vurğulanmır. 80 milyard dollardan artıq valyuta ehtiyatı, ÜDM-in cəmi 6,3 faizi həcmində xarici borc Azərbaycanın təkcə regional yox, qlobal miqyasda da etibarlı tərəfdaş olduğunu göstərir.

“Böyük Qayıdış” proqramı isə postmüharibə mərhələsinin sosial-siyasi mahiyyətini açır. Artıq 70 minə yaxın insanın azad edilmiş ərazilərdə yaşaması Qarabağın boş siyasi ritorikadan real həyata keçidinin göstəricisidir".

Politoloq müraciətin xüsusi emosional yük daşıyan hissəsinin dünya azərbaycanlılarına ünvanlanan çağırış olduğunu bildirib:

"Prezident açıq mesaj verir: harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü dövlət dayanır. Bu, diaspor siyasətinin müdafiə yox, himayə və məsuliyyət modelinə keçdiyini göstərir.

İlham Əliyevin Yeni il müraciəti Azərbaycanın artıq postmüharibə dövrünü arxada qoyaraq postzəfər mərhələsinə keçdiyini təsdiqləyir. Bu mərhələnin əsas xüsusiyyəti güclü dövlət, müstəqil qərarlar, balanslı diplomatiya və milli maraqlara söykənən siyasətdir. Prezidentin mesajı aydındır: Azərbaycan bundan sonra da kiminsə diktəsi ilə yox, öz milli iradəsi ilə yoluna davam edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Yanvar 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri