Icma.az
close
up
RU
Azərbaycan Xalq Cümhuriyyəti və Dövlətçilik irsindən Heydər Əliyev İdeallarına uzanan yol

Azərbaycan Xalq Cümhuriyyəti və Dövlətçilik irsindən Heydər Əliyev İdeallarına uzanan yol

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan tarixində elə hadisələr və simalar var ki, onların verdiyi töhfə zaman və məkan sərhədlərini aşaraq milli şüurun, dövlətçilik iradəsinin və istiqlal əzminin simvoluna çevrilir. 28 May 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və bu idealların çağdaş dövrdə davamçısı olmuş Ulu Öndər Heydər Əliyev həmin müstəsna siyasi fenomendir. AXC hər nə qədər cəmi 23 ay yaşasa da, onun ideyaları Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş və müstəqillik arzusunu nəsildən-nəslə daşıyan əsas ideoloji bünövrəyə çevrilmişdir. Bu ideyaların yaşadılması və praktik siyasi həyata uğurla keçirilməsi isə 20-ci əsrin sonlarında məhz Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində mümkün olmuşdur. AXC-nin siyasi və hüquqi varisliyinə əsaslanan müasir Azərbaycan Respublikasının quruculuq mərhələsində Heydər Əliyev yalnız siyasi lider deyil, eyni zamanda tarixi ədaləti bərpa edən bir dövlət xadimi kimi çıxış etmişdir. O, AXC-nin ideyalarının müasir dövrə uyğun şəkildə həyata keçirilməsini təmin edərək, Azərbaycanı müstəqil, demokratik və hüquqi dövlətə çevirməyi qarşısına məqsəd qoymuşdu. Bu kontekstdə onun "Azərbaycan Xalq Cümhuriyyəti müstəqillik tariximizin şanlı səhifəsidir. Biz bu tarixə sahib çıxmalıyıq" fikri müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsasını formalaşdıran vacib tezislərdən biridir. 1990-cı illərin əvvəllərində Azərbaycanın qarşı-qarşıya qaldığı ağır ictimai-siyasi böhran dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev birinci növbədə milli dövlətçilik ideyalarını və AXC mirasını dirçəltmək yolunu tutdu. O, 1993-cü ildə Prezident seçildikdən sonra Azərbaycan tarixində ilk dəfə olaraq 28 May – Respublika Gününün dövlət səviyyəsində qeyd olunması barədə sərəncam imzaladı. Bu, təkcə simvolik addım deyil, milli tariximizin siyasi və hüquqi reabilitasiyası idi. Xüsusilə diqqətçəkici məqamlardan biri də ondan ibarətdir ki, Ulu öndər Heydər Əliyev SSRİ dövründə, 1990-cı ilin noyabrında artıq siyasi çeviklik və uzaqgörənlik nümayiş etdirərək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını bərpa etmişdi. Bu, həm cəsarətli siyasi jest, həm də milli kimliyin bərpası istiqamətində atılmış strateji addım idi. Onun həmin vaxt dediyi bu tarixi sözlər xüsusi diqqətə layiqdir: “Bu bayraq bizim istiqlal rəmzimizdir. Bu bayraq bir gün bütün Azərbaycanda dalğalanacaq!” Bu proqnoz və arzu 1991-ci ildə Azərbaycanın müstəqilliyinin yenidən bərpası ilə gerçəkləşdi və həmin bayraq bu gün BMT-də, Avropa Şurasında və dünyanın onlarla paytaxtında qürurla dalğalanır. Ulu öndər Heydər Əliyev AXC irsini yalnız tarixlə məhdudlaşdırmır, onu müasirliklə və gələcək inkişaf strategiyaları ilə əlaqələndirirdi. Onun sözləri ilə desək, “Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycanın əsasını qoymuşdur. Biz bu tarixi yaşatmaqla gələcəyimizi möhkəmləndiririk.” Bu yanaşma göstərir ki, Ulu Öndər üçün tarix sadəcə keçmişin xatırlanması deyil, həm də gələcəyin qurulmasında möhkəm dayağa çevrilməli idi. Bugünkü Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər – siyasi sabitlik, iqtisadi inkişaf, ordu quruculuğu, diplomatik nüfuz – bütün bunlar AXC-nin ideyalarının Heydər Əliyev məktəbi vasitəsilə real dövlət siyasətinə çevrilməsinin nəticəsidir. Bu səbəbdən də Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti arasında üzvi bağ vardır: biri istiqlal ideyasının başlanğıcıdırsa, digəri onun reallaşdırılması və qorunmasıdır. Nəticə etibarilə, 28 May təkcə bir tarix deyil – bu, azadlıq və dövlətçilik uğrunda mübarizənin, milli iradənin və siyasi yaddaşın təntənəsidir. Bu gün bu bayramı qeyd edərkən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını ehtiramla yad etməklə yanaşı, onun ideyalarını müasir dövrdə yaşadan və inkişaf etdirən Heydər Əliyev fenomeninə də dərin hörmətimizi ifadə edirik. Çünki bu tarixi yolun başlanğıcında AXC, davamında isə Ulu öndər Heydər Əliyevin siyasi irsi dayanır. Və bu irs, bu ideya müstəqil Azərbaycanın sabahına gedən yolu işıqlandırır. Dünyanın mürəkkəb siyasi mənzərəsində dövlətlərin taleyini müəyyən edən əsas faktor liderlik amilidir. XXI əsrin çağırışlarına cavab verə bilən, xalqın etimadını qazanan və dövlət idarəçiliyində ardıcıl uğurlar qazanan liderlər tarixdə öz izlərini buraxırlar. Azərbaycan üçün bu lider cənab Prezident İlham Əliyevdir – milli iradənin daşıyıcısı, suverenliyimizin qoruyucusu və müstəqil dövlətçilik modelinin memarı. 2020-ci ildə əldə edilən Zəfər – Azərbaycanın suverenlik və ərazi bütövlüyünün tam bərpası – Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və qətiyyətli rəhbərliyinin parlaq nəticəsidir. Bu qələbə bir xalqın ləyaqətinin, tarixi ədalətinin və əzmkar ruhunun təntənəsi idi. Cənab Prezidentin Vətən müharibəsindən sonra səsləndirdiyi bu sözlər – “Bu Qələbə xalqımızındır. Bu Qələbəni xalq bizə verdi” – onun liderliyinin təməlini təşkil edən xalq sevgisinin və məsuliyyət hissinin təcəssümüdür. Prezident İlham Əliyevin daxili siyasətdə həyata keçirdiyi genişmiqyaslı islahatlar Azərbaycanın dinamik inkişafını təmin edib. Onun rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları, kənd təsərrüfatı və sənaye sahəsindəki təşəbbüslər, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul edilən qərarlar bir məqsədə – xalqın rifahına xidmət edir. Cənab Prezidentin tez-tez vurğuladığı kimi: “Əsas məqsədimiz Azərbaycan xalqının rifahıdır.” Bu prinsip ölkənin siyasi kursunun mərkəzində dayanır. Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir. Onun rəhbərliyi ilə aparılan idarəetmə islahatları, struktur çevikliyi və rəqəmsallaşma təşəbbüsləri idarəetmənin effektivliyini xeyli artırıb. Bu, xüsusilə iqtisadiyyat sahəsində aydın hiss olunur. Ölkədə sənayeləşmə sürətlənib, qeyri-neft sektoru inkişaf etdirilir, aqrar sahə müasirləşdirilir. Cənab Prezidentin “Neft kapitalını insan kapitalına çevirməliyik” fikri, bu siyasətin strateji xəttini göstərir. Zəfərdən sonrakı dövr – yeni inkişaf mərhələsi – Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın gələcəyə doğru inamla addımladığını sübut edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma, ağıllı kənd layihələri, infrastrukturun bərpası təkcə regionun dirçəlişi deyil – bu, həm də milli mənəviyyatın, tarixi yaddaşın və dövlət qürurunun yenidən qurulmasıdır. Cənab Prezident bunu belə ifadə edib: “Biz təkcə şəhərlərimizi deyil, tarixi ədaləti, milli ləyaqətimizi bərpa edirik.” Azərbaycan bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə gələcəyə baxan bir dövlətdir. Onun rəhbərliyi ilə formalaşan yeni dövlətçilik modeli – güclü iqtisadiyyata, dayanıqlı təhlükəsizlik sisteminə və xalqla bir olan siyasi iradəyə əsaslanır. Bu modelin mərkəzində duran şəxs – cənab  İlham Əliyev, həm müasir dövlətin, həm də zamanın ruhuna uyğun liderdir. Çünki bu gün Azərbaycan – İlham Əliyevin siyasi iradəsi ilə formalaşmış və gələcəyini özü müəyyən edən güclü bir dövlətdir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 May 2025 05:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see134

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri