Icma.az
close
up
RU
Xalqımızın tarixi nailiyyəti: Azərbaycan Xalq Cümhuriyyəti

Xalqımızın tarixi nailiyyəti: Azərbaycan Xalq Cümhuriyyəti

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1918-ci il may ayının 28-i Azərbaycan xalqının tarixi zəfərlərindən birinə imza atıldı- Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycan Xalq Cümhuriyyəti müasir müstəqil Azərbaycan Respublikasının rüşeymi hesab olunur. Çox təəssüflər olsun ki tarixdə uzun müddət mövcud ola bilmədi, buna baxmayaraq cəmi 23 ay (1918.28.05-1920.28.04) mövcud olan bu Cümhuriyyət çox qısa zamanda, onun yaradıcısı olan liderlərin imzası altında böyük işlər görmüşdür. AXC şübhəsiz ki ölkə tariximizdə qızıl hərflərlə yazılan 23 ayı əhatə edir. Bu 23 ay ona görə möhtəşəmdir ki, çox çətin tarixi şəraitdə yaranıb və davam edib. Bu 23 ay ona görə qiymətlidir ki, hər şeydən öncə bu dövlət bir düşüncə, bir fikir dövləti idi. Bu 23 ay ona görə hər kəsin qəlbini fəth edib ki, dünyanın gəlmiş - keçmiş ən imperialist dövlətlərindən biri olan Rusiyanın tərkibindən ayrılaraq müstəqil dövlət yaranmışdır. Bu gün tariximizə qızıl hərflərlə yazılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür....

1918-ci il may ayının 26-da Zaqafqaziya Seyminin son iclası keçirilir. Ertəsi gün Seymin azərbaycanlı deputatlarından ibarət olan Azərbaycan Müvəqqəti Milli Şurası yaradılır. 44 nəfərlik Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə seçilir. 28 May tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edilir. 26 deputatın iştirakı ilə” İstiqlal Bəyannaməsi” qəbul edilir. Cümhuriyyətin ərazisi 113.9 Min.kv.kilometr əhalisi 2.8 milyondan çox idi. 30 Mayda AXC-nin yaradılması haqqında dünya ölkələrinə radioteleqramlar göndərilir. 16 İyunda Milli Şura və Müvəqqəti Hökumət Gəncəyə köçür , Azərbaycan Milli Şurası fəaliyyətini dayandırır, hakimiyyət ikinci Müvəqqəti Hökumətə təhvil verilir. 26 İyunda keçmiş Rusiya çar ordusuna xidmət etmiş hərbiçilərdən ibarət Əlahiddə Azərbaycan Korpusu yaradılır. 27 İyunda Azərbaycan dili dövlət dili elan olunur. 1918-ci il 5 avqustda AXC-nin hərbi donanması, 18 Avqustda isə Hərbi nazirliyin tərkibində sərhəd qoşunları yaradılır. 15 Sentyabrda Bakı “Sentrakaspi Diktaturası” və daşnaklardan azad edilir. 17 Sentyabrda Cümhuriyyət Hökuməti Bakıya köçür və Bakı paytaxt elan olunur.22 Sentyabrda Milli Valyuta-Manatın çap olunması barədə qərar verilir. 9 Noyabrda AXC-nin dövlət Bayrağı qəbul olunur(üçrəngli). 7 Dekabrda Azərbaycan Parlamentinin təntənəli açılışı olur. 28 Dekabrda Əlimardan bəy Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyətinin Paris sülh konfransına göndərilməsinə qərar verilir. 28 Mayda “İstiqlal Bəyannaməsi”nin ildönümü münasibətilə Bakıda böyük bayram şənliyi keçirilir. Elə həmin gün Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ Prezidenti Vudro Vilsonla görüşür. 1919-cu ilin iyununda şərqdə ilk dəfə qadınlara kişilərlə bərabər seçkilərdə səs vermək hüququ verilir. 11 Avqustda AXC-nin vətəndaşlığı haqqında qanun qəbul olunur. 1 Sentyabrda Bakı Dövlət Universitetinin yaradılması barədə qərar qəbul edilir. Elə həmin vaxt 100-dən çox azərbaycanlı gənc dövlət hesabınsa təhsil almaq üçün xarici ölkələrə göndərilir. 1919-cu il 7 Dekabrda Azərbaycanda ilk muzey – “İstiqlal Muzeyi” təşkil olunur. 1920-ci ilin yanvarında Paris sülh konfransında Azərbaycan müstəqilliyi de-fakto tanınır. Bundan sonra 17 ölkə AXC-nin müstəqilliyini de-yure tanıyaraq Bakıda öz diplomatik nümayəndəliklərini açmağa qərar verir.

1920-ci ilin martında bolşevik hökümətinin lideri V.Lenin Qafqaz cəbhəsinin komandanlığına teleqram vurur, teleqramda bildirir :“Bakını götürmək bizim üçün çox vacibdir. Bütün səylərinizi buna yönləndirin.”

Plana görə AXC-nin daxilində çaxnaşma yaradılmalı, AXC-nin müttəfiqləri olan Türkiyə və Gürcüstan neytrallaşdırılmalı, bolşevik qoşunları Bakını və neft mədənlərini ələ keçirməli idi. Ordumuzun diqqətini Bakıdan yayındırmaq üçün ermənilər hərəkətə keçir, Qarabağda üsyan qaldırır. 30 minlik AXC ordusunun yarıdan çoxu Qarabağa göndərilir. Bütün bunlar AXC hökümətinin qüvvələrini parçalayır. Bakıda yerli kommunistlər dövlət çevrilişinə hazırlaşırdılar. Aprelin 26-dan 27-ə keçən gecə 70 minlik XI “Qırmızı Ordu”nun hissələri hücuma keçir. Lakin onların gözləmədikləri halda 350 nəfər azərbaycanlı əsgər onlara ciddi silahlı müqavimət göstərir. “Qızıl Ordu” qarşında saylarının və texnikalarının azlığına baxmayaraq bu qəhrəmanlar öz hərbi andlarına sadiq qalaraq sona qədər döyüşürlər. Onlar bu döyüşdən sağ çıxa bilməyəcəklərini bilirdilər. Lakin onları bu qeyri-bərabər döyüşə sövq edən dönməz bir amal var idi - işğalçı ordunu bir neçə saat da olsa yubatmağa və AXC-nin ömrünü az da olsa uzatmağa çalışırdılar. 350 nəfər azərbaycanlı döyüşçü son nəfəsinədək döyüşərək qəhrəmancasına şəhid olur...

Azərbaycan Xalq Cümhuriyyətinin  süqutu, sanki alovlu bir şamın küləyin qarşısında sönməsi kimi idi: cəmi 23 aylıq azadlıq ümidlərini, qurulan parlamenti, qəbul olunan mütərəqqi qanunları bir anın içində sovet qoşunlarının palçıq izləri altında əzdi. 1920-ci il 27 aprelində Bakıya girən bolşevik süngüləri, təkcə dövlət sərhədini deyil, xalqın azad olma arzusunu da yaraladı; lakin həmin o qısa, lakin gur işıq—Cümhuriyyətin elan etdiyi bərabərlik, ilk dünya müsəlman qadınlarına seçki hüququ, üçrəngli bayraq—yüzilliklər boyu yaddaşımızda yaşayıb bu gün müstəqilliyimizin ruhuna çevrildi.

1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü AXC-nin varisi elan edir. Müstəqil Azərbaycanın bayrağı yenidən dalğalanır. Ümummilli Lider Heydər Əliyev AXC haqqında çıxışında bildirir: “Azərbaycan Demokratik Respublikasının yaradıcıları və onun rəhbərləri – Məhəmməd Əmin Rəsulzadə, Fətəli bəy Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və başqaları Azərbaycan xalqının tarixində böyük xidmətlər göstərmişlər”.

AXC-nin 100 illiyi münasibətilə Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etmişdir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi AXC-nin xalqın tarixində oynadığı mühüm rol  ilə bağlıdır. 2021-ci ildə Prezident İlham Əliyevin təsdiq etdiyi qanuna əsasən 28 may tarixi Azərbaycanda “Müstəqillik Günü” elan edilib. Cənab Prezident çıxışında bu haqda bildirir: “Bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Və biz haqlı olaraq faxr edirik ki müsəlman aləmində birinci demokratik Respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır. Və biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik”.

1918-1920-ci illərdə mövcud olan Cümhuriyyət Azərbaycan tarixində şərəf zirvəsidir. O qısa epizodun arxasında Məhəmməd Əmin Rəsulzadənin azadlıq fədakarlığı, Fətəli xan Xoyskinin böyük siyasət cəsarəti, Həsən bəy Ağayevin humanist fikri, Nəsib bəy Yusifbəylinin və AXC-nin qurulmasında əməyi keçən bütün şəxsiyyətlərimizin yorulmaz diplomatik səyləri dayanırdı. Hegamon bir imperialist dövlətin təzyiqi altında olmasına baxmayaraq, onlar dövlətçiliyin təməlini atdılar, qadınlara səsvermə hüququ verdilər, üçrəngli bayrağı qaldırdılar və gənc respublikanı beynəlxalq aləmdə tanıtdılar. Sovet ordusu 1920-ci il 27 aprelində Bakıya girib Cümhuriyyəti devirsə də, həmin işıqlı şəxsiyyətlərin yaratdığı dəyərlər xalqın yaddaşından silinmədi; o parlaq miras bu gün müstəqilliyimizin ruhunda yaşayır. Unutmarıq, unutdurmarıq!

Əfsanə İbrahimova 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 28 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see190

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see183

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see128

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see127

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see123

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see120

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see117

Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır

12 İyul 2025 16:44see115

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see114

Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı

12 İyul 2025 13:57see114

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see114

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see114

Psixopatik xüsusiyyətlər stress hormonları ilə əlaqələndirildi ARAŞDIRMA

12 İyul 2025 10:24see113

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see113

“İstəyirəm, Polad Həşimovun Xatirə muzeyi yaradılsın”

12 İyul 2025 13:20see113

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see112

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see112

KİV: Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir

12 İyul 2025 15:46see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

Almaniyada komediya aktyoru Trampa görə məhkəməyə çağırıldı

12 İyul 2025 08:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri