Icma.az
close
up
RU
Azərbaycan Xalq Cümhuriyyəti: Zərurətdən doğan istiqlal

Azərbaycan Xalq Cümhuriyyəti: Zərurətdən doğan istiqlal

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Azərbaycan Xalq Cümhuriyyəti birdən-birə yaranmadı. Ümumiyyətlə, həyatda heç nə birdən-birə yaranmır, bunun üçün zərurət olmalıdır".

Bunu Oxu.Az-a açıqlamasında filologiya elmləri doktoru, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı deyib.

O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinə aparan yol 1917-ci ildən keçsə də, əslində, bu proses daha əvvəllərdən - ilk növbədə "Əkinçi" qəzetindən başlayıb. 1905-ci il inqilabı, Oktyabr Manifesti, 1907-ci ildən etibarən ana dilli mətbuatın aktivləşməsi, "Füyuzat", "Həyat", "Açıq söz" kimi nəşrlərin meydana çıxması cəmiyyətimizdə milli özünüdərk prosesini sürətləndirdi. Tədqiqatçılar bu səbəbdən cümhuriyyətə aparan yolun əsas başlanğıc nöqtəsini 1907-ci il hesab edirlər".

O qeyd edib ki, bu proseslər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını zəruri etdi və nəticədə 1918-ci il mayın 28-də Tiflisdə İstiqlal Bəyannaməsi imzalandı:

"Cümhuriyyət elan olunsa da, dərhal Bakıya köçə bilmədi. Hökumət müvəqqəti olaraq Gəncəyə köçdü, çünki Bakıda rus-bolşevikləri, ermənilər və təəssüf ki, içimizdən çıxmış, "millətimizdən olan" bolşeviklər bu prosesə mane olurdu".

Onun sözlərinə görə, Gəncədə fəaliyyət göstərən cümhuriyyət hökuməti qısa müddətdə maariflənmə sahəsində əhəmiyyətli addımlar atdı:

"Maarif naziri Nəsib bəy Yusifbəyli milli təhsil istiqamətində mühüm qərarlar qəbul etdi. Təhsil sahəsində milliləşmə prosesi başlandı. Bu, məktəblərə və ali təhsil müəssisələrinə də tətbiq olundu".

"1918-ci ilin sentyabrında isə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəhbərliyi ilə Bakı azad edildi və hökumət paytaxta köçdü. Beləliklə, Cümhuriyyətin Bakı dövrü başlandı", - deyə o bildirib.

Q.Dünyaminqızı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti bir çox ilklərə imza atıb və xüsusilə bu dövrdə təhsil sahəsində mühüm islahatlar həyata keçirilib:

"Cümhuriyyət hökuməti 100 azərbaycanlı gənci ali təhsil almaq üçün Avropa ölkələrinə göndərdi. Bakı Dövlət Universitetinin yaradılması ilə bağlı 1919-cu ilin noyabrında müzakirələr və universitetin, - o zamankı adı ilə Darülfünün ilk tədris ili başladı. Eyni zamanda, Qori Müəllimlər Seminariyasının tatar şöbəsi Qazaxa köçürüldü. Bu işdə Firudin bəy Köçərli, Səfərəli bəy və digər ziyalılarımız mühüm rol oynadılar".

Müsahibimiz əlavə edib ki, cümhuriyyət dövründə milli ordu yaradıldı, zabit heyətinin hazırlanması üçün kurslar təşkil olundu və bu işdə Türkiyədən dəstək alındı:

"Həmçinin Qızlar və Oğlanlar gimnaziyaları fəaliyyətə başladı, yeni dərsliklər, proqramlar hazırlandı.

Parlament qısa müddət ərzində 270-dən çox qanunu müzakirəyə çıxardı və onlardan 230-u qəbul olundu. Ən önəmli qərarlardan biri isə senzuranın ləğvi oldu.

Azərbaycan mətbuatı ilk dəfə senzurasız fəaliyyət göstərməyə başladı. 1918-ci ilin noyabrında mətbuat haqqında nizamnamə qəbul edildi. Bu sənədin özü də parlamentdə qızğın müzakirələrə səbəb olmuşdu".

Qərənfil Dünyaminqızı Azərbaycan Xalq Cümhuriyyətinin qadın hüquqları sahəsində də dünyaya nümunə olduğunu vurğulayıb:

"Azərbaycan qadınına səsvermə hüququ verildi. Bu, hətta ABŞ və bir çox Avropa ölkələrindən öncə baş verdi. Şəfiqə xanım Əfəndizadə parlamentdə çalışmış ilk azərbaycanlı qadın idi. Şəfiqə xanım Qaspıralı məktəbəqədər təhsilin inkişafında mühüm rol oynadı. Məryəm xanım Bayraməlibəyova bölgələrdə qız məktəblərinin yaradılmasına öncüllük etdi".

Sonda Q.Dünyaminqızı bu tarixi irsin qorunmasının vacibliyini vurğulayıb:

"Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika olaraq bir günəş kimi doğdu. Biz bu gün həmin cümhuriyyətin varisləriyik və bu bayrağı daima uca tutmalıyıq. Hər kəs - müəllim, həkim, mühəndis, siyasətçi öz sahəsində bu dəyərləri yaşatmalı, dövlətçiliyimizi möhkəmləndirməlidir".

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 May 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri