Icma.az
close
up
RU
Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilən “Sənət və sənətkar” mövzusunda respublika elmi konfransı keçirilir.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Prezidentinin 2025-ci il 21 fevral tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, Bəxtiyar Vahabzadə yalnız böyük şair və ictimai xadim kimi deyil, həm də uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycan elminə və təhsilinə dəyərli töhfələr verib: “O, 1947-ci ildə BDU-nun Filologiya fakültəsinə qəbul olub və ali təhsilini burada başa vurub. Təhsil illərində də poeziya ilə məşğul olub. Sonralar elmi-pedaqoji fəaliyyətini universitetlə bağlayıb, BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, daha sonra dosent, professor kimi çalışıb. Bəxtiyar Vahabzadə tələbələrə sadəcə nəzəri bilik verməklə kifayətlənməyib, həm də onlara milli düşüncə, ana dili və ədəbiyyata sevgi aşılayıb. Çox sayda filoloq, müəllim, şair və tədqiqatçı məhz onun elmi-ədəbi mühitdə yaratdığı məktəbin davamçıları olub”.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov, Əməkdar elm xadimi professor Qəzənfər Paşayev, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri Cəlil Nağıyev, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, şair Qəşəm Nəcəfzadə çıxışlarında Bəxtiyar Vahabzadənin XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixində özünəməxsus yeri olduğunu vurğulayıblar. Bildirilib ki, onun Vətənə, xalqa və ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılayıb. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynayıb. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirib.

Sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Verdiyev “Bəxtiyar Vahabzadə yaradıcılığının metaforik qatları: mətn, oxucu, araşdırıcı müstəvisində”, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadə: zaman, şəxsiyyət və milli yaddaş” mövzularında məruzələr ediblər.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

-1 / 9

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri