Xalq şairi əsərlərini süni intellektlə YAZACAQ?
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Süni intellekt dünyada sürətlə inkişaf edir, hər gün yeni funksiyalarla təkmilləşir və müxtəlif sahələrə bu və ya digər şəkildə təsir edir.
Dövlətlər süni intellekt texnologiyalarına böyük maliyyə vəsaiti ayırır.
Azərbaycan da bu qlobal tendensiyadan kənarda qalmayaraq, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”nı təsdiqləyib və texnoloji yeniliklərin tətbiqi istiqamətində fəaliyyətini genişləndirib. Dünyada artıq süni intellekt vasitəsilə yazılan əsərlər, kitablar yeni yaradıcılıq dalğası formalaşdırır.
Bəs Azərbaycan ədəbiyyatında bu proses hansı səviyyədədir?
Bununla bağlı “Cebheinfo.az” sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlıya müraciət edərək onun öz yaradıcılığında süni intellektdən istifadə edib-etməməsi ilə bağlı fikirlərini öyrənib.
O, süni intellektə ehtiyacı olmadığını qeyd edib:
“Hələlik süni intellektə ehtiyacım yoxdur. Amma bizim məşhur alimimiz Rafiq Əliyev çıxışında dedi ki, görünür, süni intelekt yazıçıların həyatını və yaradıcılığını ciddi şəkildə izləyir. Bunun yaxşı tərəfləri də, pis tərəfləri də var. Həyat özü göstərəcək”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:102
Bu xəbər 01 Dekabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















