Icma.az
close
up
RU
Xalqımız bu çağırışı böyük məsuliyyət və qürur hissi ilə qoruyur, gələcək nəsillərə ötürür Millət vəkili

Xalqımız bu çağırışı böyük məsuliyyət və qürur hissi ilə qoruyur, gələcək nəsillərə ötürür Millət vəkili

525.az saytına istinadən Icma.az xəbər verir.

"Bu gün Azərbaycan xalqı dünya miqyasında tanınmış nadir siyasi xadim, müasir dövlətçiliyimizin qurucusu Ulu öndər Heydər Əliyevin anım gününü dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd edir. Xalqımızın taleyində həlledici rol oynamış Heydər Əliyev şəxsiyyəti təkcə müəyyən tarixi dövrün deyil, bütün zamanların lideri, Azərbaycan dövlətçiliyinin və milli ideologiyasının banisi kimi yaddaşlarda yaşayır. Azərbaycanın müstəqilliyi, suverenliyi və təhlükəsizliyi uğrunda misilsiz xidmətləri ilə seçilən Heydər Əliyev bütün həyatını xalqına, dövlətinə həsr etmiş böyük şəxsiyyətdir. Onun siyasi iradəsi, qətiyyəti və liderlik məharəti nəticəsində bir neçə dəfə Azərbaycan tarix səhnəsində yenidən doğulmuşdur. XX əsrin sonlarında Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalqın tək ümidi Heydər Əliyev oldu. O, həm daxili siyasi sabitliyi bərpa etdi, həm də dövlətçiliyimizi parçalaya biləcək təhdidlərin qarşısını aldı. Məhz onun müdrikliyi sayəsində Azərbaycan tənəzzüldən inkişaf mərhələsinə yüksəldi. Bu gün biz böyük fəxarətlə deyə bilərik ki, Azərbaycan müasir tarixi ən ağır sınaqları Heydər Əliyev dühası hesabına uğurla adladı".

Bu fikirləri 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  O bildirib ki, bu gün Azərbaycan dövlətinin sabit və güclü olmasının başlıca səbəbi məhz Ulu Öndərin yaratdığı möhkəm siyasi idarəçilik sistemi, milli həmrəyliyi təmin edən ideoloji xətt və strateji inkişaf modelidir. Heydər Əliyevin siyasi irsinin ən əsas özəlliyi ondadır ki, bu irs zamanla daha da aktuallaşır. Regional və qlobal miqyasda baş verən mürəkkəb proseslər fonunda Azərbaycanın prinsipial mövqeyinin qorunması, milli maraqlarının təmin olunması və dövlətin suveren siyasət aparmaq gücü Heydər Əliyev məktəbinin gücünü açıq şəkildə nümayiş etdirir. Bu siyasət bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək mərhələyə çatdırılmışdır. Azərbaycanın regiondakı liderliyi, işğaldan azad olunmuş torpaqlarda aparılan geniş quruculuq işləri, yeni geosiyasi reallıqların formalaşması Heydər Əliyev siyasətinin parlaq nəticələridir:

"Heydər Əliyevin siyasi fəlsəfəsində xalq amili hər şeydən üstün tutulurdu. O, daim bildirirdi ki, “Xalq məni irəli çəkir, mən də xalqa arxalanıram”. Bu məntiq dövlət idarəçiliyinin əsas fəlsəfəsinə çevrildi və bu gün də Azərbaycan cəmiyyətində etimadın, həmrəyliyin və birlik ruhunun təməl daşını təşkil edir. Ulu öndərin insan amilinə yönəlik yanaşması, sosial siyasətdə ədalət prinsipini əsas tutması bu gün də dövlət siyasətinin bünövrə elementidir. Regionların inkişafından sosial rifah layihələrinə qədər bütün istiqamətlərdə Heydər Əliyev ideyaları yaşayır və uğurla icra olunur.  Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya birliyində öz sözü və imzası olan, regional sabitlik və əməkdaşlıq proseslərində aparıcı rol oynayan qüdrətli dövlətdir. Azərbaycan artıq təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın formalaşmasında mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən beynəlxalq enerji, nəqliyyat və logistika layihələri ölkəmizi regional sabitliyin əsas dayağına çevirib. Bu gün Bakı dünyanın siyasi, iqtisadi və mədəni platformalarının mərkəzinə çevrilib, bir çox qlobal təşəbbüslərin reallaşmasında aparıcı rol oynayır. Ən önəmlisi isə, Azərbaycan öz suverenliyini tam bərpa etmiş, ərazi bütövlüyünü təmin etmiş qalib dövlətdir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi ədaləti bərpa etmiş, uzun illər işğal altında qalan torpaqlarımız azad olunmuşdur. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, Böyük Qayıdış mərhələsi başlayıb. Ulu öndərin “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” fikri dövlət ideologiyasının əsas dayağı kimi bu gün də hər bir azərbaycanlının qəlbində yaşayır. Xalqımız bu çağırışı böyük məsuliyyət və qürur hissi ilə qoruyur, gələcək nəsillərə ötürür. Bu anım günündə Ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmətlə yad edərək bir daha vurğulamaq istərdim ki, onun yaratdığı siyasi, mənəvi və dövlətçilik irsi Azərbaycan xalqının ən qiymətli sərvətidir. Bu irs bu gün bizi daha güclü, daha birləşmiş, daha qətiyyətli edir".

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri