Icma.az
close
up
RU
Zəfər Günü gələcək nəsillərə dəyərli mənəvisiyasi mirasdır Millət vəkili

Zəfər Günü gələcək nəsillərə dəyərli mənəvisiyasi mirasdır Millət vəkili

Icma.az, Unikal.az saytına istinadən bildirir.

"2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri Şuşanı azad edərək, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəni təmin etdi. Bu, xalqımızın milli birliyini, qürurunu və əzmini simvollaşdıran bir tarixə çevrildi.  Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və regionda yeni bir dövr başlatdı. Qarabağın azad edilməsi regionda yeni iqtisadi imkanlar, nəqliyyat yolları və diplomatik münasibətlərə təkan verdi".

Bunu  "Unikal"a açıqlamasında ​Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.  Bildirib ki, 44 günlük müharibədə həm ordunun şücaəti, həm də xalqın dəstəyi Azərbaycanın gücünü nümayiş etdirdi:

"Bu, xalqın Vətən uğrunda birləşərək, həmrəyliklə hərəkət etdiyini göstərən önəmli bir amil oldu. Bu Qələbə, ölkədə vətənpərvərlik ruhunu yenidən dirçəltdi. Xalq öz köklü tarixini bir daha xatırlayaraq, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi ilə milli kimliyini təkrar bərpa etdi. Zəfər Günü həm də gənc nəsillərə Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsini öyrədir. Azərbaycan Cənubi Qafqazda yeni bir geosiyasi vəziyyət yaratdı. Bu, regionun gələcək inkişafına və sülhə əsaslanan münasibətlərin qurulmasına əlverişli zəmin formalaşdırır. Torpaqlarımızın azad olunması Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirdi. Qarabağın yenidənqurulması və inkişaf etdirilməsi Azərbaycanın iqtisadi gücünün və iradəsinin göstəricisidir".

Millət vəkili diqqətə çatdırıb ki, üçtərəfli Bəyanatın mahiyyəti 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin sona çatması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və regionda sülh və sabitliyin təmin edilməsindən ibarətdir:

"10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bu Bəyanat həm hərbi əməliyyatların bitməsini təmin edən, həm də gələcək əməkdaşlıq üçün siyasi və iqtisadi zəmin yaradan tarixi sənəddir. Üçtərəfli Bəyanat Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etməsini rəsmiləşdirdi. Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla qaytarılması ədalətin bərpasını simvolizə etdi. Bəyanatla hərbi əməliyyatlar dərhal dayandırıldı və atəşkəs elan edildi. Bu, regionda müharibənin bitməsi və uzunmüddətli sülhün qurulması üçün əsas addım oldu. Bəyanat Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Xüsusilə Zəngəzur dəhlizi Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantı yaradacaq, bu da regional iqtisadi əməkdaşlığı və ticari əlaqələri gücləndirəcək. Bu iqtisadi əlaqələr bütün Cənubi Qafqazın inkişafına xidmət edəcək. Üçtərəfli Bəyanat Cənubi Qafqazda yeni bir siyasi reallıq yaratdı. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan bu Bəyanat gələcək sülh prosesləri üçün siyasi dialoqun əsasını qoydu. Ümumilikdə, üçtərəfli Bəyanat, Azərbaycan üçün hərbi Qələbənin hüquqi və siyasi təsdiqi olaraq ölkənin ərazi bütövlüyünü və milli maraqlarını təmin etdi".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Noyabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri