Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

Xalqımız 28 May Müstəqillik Gününü böyük fəxarət və qürur hissi ilə qeyd edir

Xalqımız 28 May Müstəqillik Gününü böyük fəxarət və qürur hissi ilə qeyd edir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


28 May – Müstəqillik Günü Azərbaycan Respublikasının dövlət bayramlarından biri kimi hər il may ayının 28-i tarixində tarixində qeyd olunur. Bu gün Azərbaycanın ilk müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-ci ildə yaradılmasının ildönümüdür.
1918-ci ilin 28 may tarixində Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən Azərbaycan Milli Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilmişdir. Azərbaycan xalqı istiqlaliyyətini elan edərək və müstəqillik əzmini nümayiş etdirərək özünün və Şərqin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını yaratmışdır. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olaraq tarixə düşmüşdür.
AXC parlamentli idarəetmə formasına malik, demokratik prinsiplərə əsaslanan və qadınlara seçki hüququ verən ilk müsəlman dövlətlərdən biri idi. Lakin bu cümhuriyyət uzun ömürlü olmadı. 1920-ci ilin 28 aprel tarixində Sovet Rusiyası tərəfindən işğal edildi və Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti zamanı Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırılmış, Dövlət bayrağı və Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Həmçinin qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. 23 ay qısa müddət olsa da bu müddət ərzində AXC bir çox mühüm nailiyyətlər əldə etmişdir.
Bu nailiyyətlər ölkənin təhsil sistemindən də yan keçməmişdir. Belə ki, 1918-ci ilin avqustunda AXC-nin müvafiq qərarı ilə tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlanmış, 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edilmişdir. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür.
Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə də xüsusi önəm vermişdir. Məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilmiş, həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunmuşdur.
Uzun illər Sovet hökumətinin işğalı altında olan Azərbaycan nəhayət 20-ci əsrin sonlarında Ulu Öndər Heydər Əliyevin siyasi bilik və bacarıqları, uzaqgörən siyasəti sayəsində yenidən öz müstəqilliyinə qovuşmuş və suverenliyini bərpa etmişdir.
Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görmüş, ölkədə ictimai-siyasi sabitliyi bərqərar etmiş, bundan sonra Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilli ilə bağlı bir çox önəmli və ibrət götürüləsi fikirlər söyləmişdir. Əbəs yerə deməmişdir ki, “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar”.
Məhz Ulu Öndərin bu təfəkküründən yararlanan və onun siyasi kursunu davam etdirəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
Bakı şəhərinin İstiqlaliyyət küçəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılmış, həmçinin dövlət başçısı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin və Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi barədə sərəncamlar imzalanmışdır. Bundan başqa, Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmiş və Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur. Həmçinin 15 oktyabr 2021-ci il tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən qanunla 28 may Müstəqillik Günü, 18 oktyabr isə “Müstəqilliyin Bərpası Günü” elan edilmişdir.
Bu gün cənab İlham Əliyevin dövlətimiz üçün atdığı hər bir addım və qəbul etdiyi hər bir qərar Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunması, ölkənin günü-gündən inkişaf etdirilməsi, xalqımızın rifahı və sosial-iqtisadi durumunun yaxşılaşması naminə atılan addımlardır. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti, uğurlu qərarları və xalqımızın mərd oğullarının sücaəti sayəsində işğal altında olan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa edildi və müstəqillik simvollarımızdan olan Azərbaycanın üçrəngli bayrağı bütün bölgələrimizdə dalğalandırıldı.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 May 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see316

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see196

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see187

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see185

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see171

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see169

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see152

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see148

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see138

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see129

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see127

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see127

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see127

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see126

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see124

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see123

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

12 Oktyabr 2025 11:21see121

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see121

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see120

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri