Icma.az
close
up
RU
Dövlətimiz və xalqımız Ukrayna ilə həmrəylik nümayiş etdirir

Dövlətimiz və xalqımız Ukrayna ilə həmrəylik nümayiş etdirir

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycanın Ukraynaya humanitar yardımları davam edir. Bu məqsədlə, Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, bir milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Prezidentin sözügedən sərəncamı çərçivəsində bu gün Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım göndərilib. Ümumilikdə isə, son 2 ildə Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib.
Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Klinçenko Ukrayna dövləti və xalqı adından Azərbaycan Prezidentinə təşəkkür edib və eyni zamanda qeyd edib ki, Azərbaycanın humanitar yardımları ukraynalıların həyatını xilas edir, Ukrayna iqtisadiyyatına dəstək olur. Ukrayna tərəfinin Azərbaycana şükranlarını bildirməsi vacib məqamdır. Azərbaycan Ukraynaya davamlı humanitar dəstəyi ilə digər ölkələr üçün də örnəyə çevrilir.
Təsadüfi deyil ki, Bakının Kiyevə humanitar yardımına Böyük Britaniya tərəfindən də müsbət reaksiya verilib. Belə ki, Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyi və bu ölkəyə növbəti humanitar yük partiyasının göndərilməsini alqışlayıb. Bununla bağlı səfirliyin sosial şəbəkələrdəki paylaşımında qeyd olunub ki, Azərbaycanın humanitar dəstək çərçivəsində Ukraynaya yardımın yeni partiyasını göndərməsi Birləşmiş Krallıq tərəfindən alqışlanır.
Azərbaycanın Ukraynaya humanitar yardımın növbəti hissəsini məhz bu gün göndərməsi həm də xoş bir təsadüflə üst-üstə düşüb. Belə ki, bu gün Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümü tamam olur. Bu illər ərzində Azərbaycan-Ukrayna dostluğu zamanın sınağından uğurla çıxıb. Azərbaycan və Ukrayna liderlərinin bu yaxınlarda Davos İqtisadi Forumunda baş tutan səmimi görüşü bu dostluğun əzm və inamla davam etdirilməsi etibarlı zəmanətə çevrildi. Ölkəmizin Ukraynaya humanitar yardımları bundan sonra da davam edəcək. Çünki biz 30 il işğaldan əziyyət çəkmiş bir ölkə, bir xalq kimi ukraynalıların hazırkı ağır durumunu hamıdan yaxşı başa düşürük. Ona görə də dövlətimiz və xalqımız Ukrayna ilə həmrəylik nümayiş etdirir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Fevral 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri