Icma.az
close
up
RU
Xalqımız hər bir şəhərin azad olunmasını dövlətçilik tarixinin xüsusi səhifəsi kimi qeyd edir Deputat

Xalqımız hər bir şəhərin azad olunmasını dövlətçilik tarixinin xüsusi səhifəsi kimi qeyd edir Deputat

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan xalqının müasir tarixi zəngin və şərəfli səhifələrlə doludur. Bu səhifələrin hər biri müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin güclənməsi, ərazi bütövlüyümüzün təmin olunması ilə bağlıdır. Milli yaddaşımızda xüsusi yer tutan tarixlər sırasında 20 sentyabr – Azərbaycanın dövlət suverenliyinin möhkəmlənməsi günü və 23 sentyabr – antiterror əməliyyatı ilə Qələbə günü xalqımızın milli qürurunun və gücünün parlaq ifadəsidir.

Bu günlər həm də göstərir ki, Azərbaycan dövlətçiliyinin əsasında Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan əsgərinin qəhrəmanlığı dayanır.

 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan gərgin və mürəkkəb proseslərdən keçdi. Lakin dövlət müstəqilliyinin qorunması üçün güclü iqtisadi təməl zəruri idi. Məhz bu reallığı dərk edən Ulu Öndər Heydər Əliyev ölkəmizi dünyanın enerji xəritəsinə qaytardı.

 1994-cü il 20 sentyabrda imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın suverenliyinin iqtisadi əsaslarını möhkəmləndirdi. Bu müqavilə ilə Azərbaycan Xəzərin zəngin neft ehtiyatlarını beynəlxalq şirkətlərlə birgə istismara açdı və ölkənin gələcəyini təmin etdi.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan təkcə enerji resurslarını dünya bazarına çıxarmadı, həm də beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındı.

 20 sentyabr bu gün yalnız bir iqtisadi razılaşma deyil, həm də Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirən tarixi dönüş nöqtəsi kimi qeyd olunur.

 Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı Qələbə ilə başa çatdı. Lakin separatçı ünsürlərin qalıqları uzun illər Xankəndi və ətraf bölgələrdə mövcudluğunu davam etdirirdi.

 2023-cü ilin 23 sentyabrında Azərbaycan Ordusu lokal antiterror əməliyyatı həyata keçirdi. Qısa müddətdə uğurla başa çatan bu əməliyyat nəticəsində dövlətimizin suverenliyi bütün Qarabağ ərazisində tam şəkildə bərpa olundu. Qələbə ilə birlikdə Qarabağın paytaxtı və milli qürurumuzun simvolu olan Xankəndi, qan yaddaşımız və şəhidlik zirvəmizin rəmzi kimi tarixdə əbədi həkk olunan Xocalı, eləcə də işğaldan qurtulmuş Azərbaycan torpaqları – Xocavənd və Ağdərə öz doğma sahibinə qayıtdı. Əsgərlərimizin igidliyi və Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt və heç bir şəraitdə danışıqlar mövzusu ola bilməz.

 Bu gün xalqımız hər bir şəhərin azad olunmasını dövlətçilik tarixinin xüsusi səhifəsi kimi qeyd edir. Xocalı şəhər günü həm faciənin xatırlanması, həm də ədalətin bərpası, qisasın alınması günü kimi yaddaşımıza yazılıb və şəhidlərimizin ruhu artıq rahatlıq tapıb. Xankəndi şəhər günü Azərbaycanın Qarabağ üzərində tam hakimiyyətinin, milli iradəsinin və dövlət gücünün təntənəsidir; bu gün Xankəndi yenidən milli-mədəni həyatın mərkəzinə çevrilir. Xocavənd və Ağdərə şəhər günləri isə işğaldan azad olunmuş bölgələrimizin yeni həyatının başlanğıcıdır. Burada aparılan quruculuq və abadlıq işləri Azərbaycanın gücünü, xalqımızın birliyini və dövlətimizin qüdrətini bir daha nümayiş etdirir. Beləliklə, hər bir şəhər günü azadlıqla, dirçəlişlə, milli qürurla bağlı böyük bir bayramdır və işğaldan azad olunmuş torpaqlarımızın gələcək inkişafının, bütöv Azərbaycanın simvoluna çevrilir.

Azər Allahverənov, 

Milli Məclisin deputatı 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Sentyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri