Icma.az
close
up
RU
Xalqımızın birliyi sayəsində əldə olunmuş müstəqilliyimiz, bərpa olunmuş ərazi bütövlüyümüz və təmin edilmiş suverenliyimiz tariximizin ən parlaq səhifələridir

Xalqımızın birliyi sayəsində əldə olunmuş müstəqilliyimiz, bərpa olunmuş ərazi bütövlüyümüz və təmin edilmiş suverenliyimiz tariximizin ən parlaq səhifələridir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində – 1918-ci il mayın 28-də Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən Azərbaycan Xalq Cümhuriyyətini qurduğunu bütün dünyaya bəyan etdi. Bu, çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olan xalqımızın həyatında yeni bir mərhələ, tarixi bir hadisə oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Komitə sədri qeyd edib ki, hüquqi, dünyəvi və parlamentli respublika olan Cümhuriyyət fəaliyyətində xalqın hakimiyyətini və insanların bərabərliyi prinsipini əsas götürdü. İrqi, milli, dini və sinfi bərabərsizlik aradan qaldırıldı, təbii ki bu, həmin dövr üçün çox nadir və qabaqcıl bir addım idi. Habelə Azərbaycanın ilk dövlət atributlarının təsis olunması, sərhədlərinin müəyyənləşdirilməsi, dövlət quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, parlament tərəfindən qəbul edilən qanunlar, həmçinin ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunması ilə bağlı görülən işlər yalnız həmin dövr üçün deyil, bütövlükdə xalqımızın tarixi yaddaşında müstəqillik ideyasının yaşadılmasında, milli özünüdərk prosesinin dərinləşməsində mühüm rol oynadı. Eyni zamanda, yeni qurulan dövlətin beynəlxalq miqyasda tanınması ilə bağlı atılan addımlar sayəsində Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq hüququn subyektinə çevrildi.

Şahin İsmayılov bildirib ki, azad ruhlu Azərbaycan xalqı 70 il sonra yenidən ayağa qalxaraq müstəqilliyini bərpa etdi. Xalqımızın dahi oğlu, Ümummilli Liderimiz Heydər Əliyev üçrəngli bayrağımızı ilk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı. Bu qətiyyətli addımla daim xalqına və dövlətinə bağlı olan Ulu Öndər Heydər Əliyev xalqı müstəqilliyə aparan yolun əsasını qoydu.

“1990-cı illərin əvvəllərini ölkəmiz üçün olduqca çətin dövr kimi xarakterizə etmək olar”, - deyən komitə sədri əlavə edib ki, respublikada siyasi qarşıdurmalar, idarəetmədə səriştəsizlik, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü ölkəni parçalanmaq təhlükəsi ilə üz-üzə qoyurdu. Belə bir ağır dövrdə müdrik xalqımız nicat yolunu Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Azərbaycanı yenidən müstəqilliyini itirmə təhlükəsindən qurtaran Ümummilli Lider ölkədə xaosa, özbaşınalıqlara son qoydu, xalqımız sabitlik və əmin-amanlığa qovuşdu. Dahi Lider gərgin və yorulmaz fəaliyyəti ilə qısa müddət ərzində Azərbaycanın müstəqilliyinin əbədiliyinin, inkişafının təmin olunması yollarını, xalqın parlaq və firavan gələcəyinin koordinatlarını müdrikliklə müəyyənləşdirdi.

Komitə sədri əlavə edib ki, öz tarixi və milli dövlətçilik ənənələrindən bəhrələnən, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları əsasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində böyük nailiyyətlərə imza atdı. Ümummilli Liderin əsasını qoyduğu siyasi xətt ötən illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla və müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, milli maraqlara əsaslanan praqmatik xarici siyasət və sosial-iqtisadi inkişaf strategiyası qüdrətli Azərbaycanın formalaşmasını təmin edib. Regionda sülhün, sabitliyin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edən Azərbaycan mühüm beynəlxalq enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır.

“Bu gün Azərbaycan xalqı öz suveren və güclü dövlətinə sahibdir. 2020-ci ildə tarixi Zəfərlə nəticələnmiş 44 günlük Vətən müharibəsi yalnız işğala son qoymadı, eyni zamanda regionda yeni geosiyasi reallıqlar yaratdı. Cəmi bir gün davam edən antiterror tədbirləri ilə ölkəmizdə separatizmin kökü kəsildi. Dövlətimizin başçısının Sərəncamı ilə tariximizə növbəti əlamətdar gün yazıldı – 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü olaraq təsis edildi”, - deyən Şahin İsmayılov vurğulayıb ki, xalqımızın birliyi, qəhrəman Vətən övladlarının qanı bahasına əldə olunmuş müstəqilliyimiz, bərpa olunmuş ərazi bütövlüyümüz və təmin edilmiş suverenliyimiz tariximizin ən parlaq səhifələridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri