“Xalqımızın gücü həmişə olub, amma...” Deputatdan diqqətçəkən açıqlama
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin plenar iclasında çıxış edən deputat Hikmət Məmmədov Azərbaycan xalqının potensial gücünün hər zaman mövcud olduğunu, lakin bu gücün tam şəkildə reallaşdırılması üçün tarixən vahid liderə ehtiyac duyulduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, siyasi nəzəriyyəyə istinad edən parlamentari Hans Morgenthau tərəfindən irəli sürülən milli güc konsepsiyasına əsasən, hər bir xalqın milli gücə malik olduğunu, lakin bu potensialın məhz vahid lider tərəfindən səfərbər edildikdə real nəticə verdiyini diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, Azərbaycan xalqı hər zaman Ermənistan üzərində qələbə qazanmaq imkanına malik olub, lakin müvafiq dövrdə vahid liderin olmaması bu potensialın həyata keçməsinə maneə yaradıb. Onlayn mağaza
H.Məmmədov vurğulayıb ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strateji siyasi kurs sonrakı mərhələdə ölkənin bugünkü tarixi nailiyyətlərinin və qələbələrinin əldə olunmasına möhkəm zəmin yaradıb.
Çıxışının sonunda regional məsələlərə toxunan parlamentari Azərbaycanla Ermənistan arasında başlayan sülh prosesinin regionda yaşayan xalqların gələcəyi, təhlükəsizliyi və davamlı sabitlik baxımından müsbət nəticələnəcəyinə ümidvar olduğunu ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 24 Noyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















