Icma.az
close
up
RU
Xalqımızın həmrəyliyi milli güc amilidir

Xalqımızın həmrəyliyi milli güc amilidir

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Ölkəmiz dünyada sabitlik adası kimi tanınır, bu reallığı şərtləndirən əsas amillərdən biri uğurlu dövlət siyasəti nəticəsində milli həmrəyliyin təmin olunmasıdır. Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev müstəqillik dövründə xalqın tarixi yaddaşını, ümummilli məqsədlər naminə birliyini təmin edən uzaqgörən lider kimi tarixə düşmüşdür.

Milli həmrəyliyin ideoloji və hüquqi əsaslarının formalaşdırılmasında 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında qəbul edilən tarixi qərar xüsusi yer tutur. Həmin iclasda 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilmiş və bu təşəbbüs ümumxalq məzmunu kəsb edərək Ali Sovetə təqdim olunmuşdur. Dekabrın 25-də Ali Sovetin Milli Şurası sözügedən müraciəti nəzərə alaraq qanun qəbul etmiş və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərmişdir. Xarici səfərləri zamanı soydaşlarımızla görüşlər keçirməsi, onların problemləri ilə yaxından maraqlanması, təşkilatlanma və ideoloji birliyin möhkəmləndirilməsi üçün Ümummilli Liderin verdiyi tövsiyələr dünya azərbaycanlılarının vahid amal uğrunda birləşməsinə güclü təkan vermişdir. Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri isə milli qürurun, kimlik şüurunun və mənəvi bağlılığın təntənəsinə çevrilmişdir.
Bu siyasi xətt müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı xarici ölkələrə etdiyi səfərlər zamanı diaspor nümayəndələri ilə görüşlərə xüsusi önəm verir, onların fəaliyyətini dövlət maraqları baxımından strateji amil kimi dəyərləndirir. Diasporla əlaqələrin möhkəmləndirilməsi, onların vahid mövqedən çıxış etməsi, beynəlxalq informasiya mübarizəsində daha fəal olması ölkə rəhbərliyinin siyasətində prioritet istiqamətlərdən biridir. Cənab İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında qeyd etmişdir: “Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.
Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin institusional əsaslarının gücləndirilməsi bu sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcı olmuşdur. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, Azərbaycan Diasporuna Dəstək Fondunun təsis edilməsi və diaspor fəallarının dövlət səviyyəsində mükafatlandırılması milli birliyin möhkəmlənməsinə töhfə verən mühüm addımlardır. Bu siyasət nəticəsində diaspor fəaliyyəti sistemli və koordinasiyalı fəaliyyət modeli əsasında daha da təkmilləşmişdir. Aparılmış məqsədyönlü işlər nəticəsində hazırda 51 ölkəni əhatə edən və 561 diaspor təşkilatını özündə birləşdirən 15 Koordinasiya Şurası (Alyansı), 20 ölkədə 31 Azərbaycan Evi fəaliyyət göstərir.
2020-ci ildə baş verən Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər milli həmrəyliyin real gücünü bütün dünyaya nümayiş etdirib. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın eyni mövqedən çıxış etməsi, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində göstərdikləri fəallıq tarixi Qələbənin mühüm mənəvi dayaqlarından biri olub. Bu dövrdə xalqın öz Liderinin ətrafında sıx birləşməsi milli iradənin və siyasi qətiyyətin təcəssümünə çevrilib.
Məhz bu tarixi Zəfərin məntiqi davamı olaraq 22 aprel 2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) keçirilib. Qurultay milli birlik tarixində yeni mərhələ olmaqla yanaşı, postmünaqişə dövründə diaspor fəaliyyətinin qarşısında dayanan vəzifələri müəyyənləşdirib. Şuşadan verilən mesajlar bir daha göstərir ki, milli həmrəylik artıq təkcə tarixi yaddaş deyil, gələcəyə yönəlmiş strateji gücdür.
Yeni dövrdə Azərbaycan mürəkkəb qlobal proseslər fonunda həm daxili, həm də xarici siyasətdə mühüm nailiyyətlər əldə edərək beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Qarşıda duran yeni çağırışların uğurla reallaşdırılmasının əsas şərtlərindən biri milli birliyin qorunub saxlanılmasıdır. Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək yeni perspektivlərə doğru inamla irəliləyir və milli həmrəylik bu yolun ən etibarlı dayağı kimi çıxış edir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri