Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Xalqın ehtiyacından yaranan Partiya

Xalqın ehtiyacından yaranan Partiya

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Heydər ƏLİYEV: Müasir Azərbaycanın memarı - Xalqın xilaskarı 

32 il əvvəl noyabr 21 də Azərbaycanın siyasi tarixində yeni mərhələnin bünövrəsi qoyuldu və milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası (YAP) yarandı.
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində bir formasiyadan digər formasiyaya keçid dövründə ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin özündə əks etdirən partiyadır.  

1992- ci ildə ölkədə ağır, böhran və xausun hökm sürdüyü dövrdə Xalqın Ümummilli Heydər Əliyevə üz tutması öz Liderinə inamını ifadə edirdi. Məhz ziyalıların Ulu Öndərə müraciətində də bu inam daha aydın görsənirdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Bu müraciətdən sonra ölkənin ictimai-siyasi həyatında mühüm dəyişikliklər oldu.Heydər Əliyevin Naxcıvanda Yeni Azərbaycan partiyasını yaratması və  hakimiyyətə gəlməsi xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın da  sonu oldu. Ümummilli Lider hakimyyətə qayıtmasaydı, bu gün müstəqil Azərbaycandan danışmaq qeyri-mümkün idi. Müasir Azərbaycanın bu günki memarı olan Ulu Öndər  Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət startegiyası  bu gün də layiqincə davam etdirilir. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərinə və prinsiplərinə diqqət yetirdikdə onun 32 ildə Azərbaycanın bugünü və gələcəyi naminə gördüyü işlərin aydın mənzərəsi yaranır. 

Gələcəyə inamlı addımlayan partiya 

Dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdi. Bu mühüm çağırış da səsləndirildi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. YAP yarandığı gündən “Güclü dövlət, yüksək rifah” prinsipini fəaliyyətinin önündə saxlayır. 
Azərbaycan bütün işləri ardıcıllıqla edir. Qarşıya hədəflər qoyulur və düşünülmüş, gələcəyə hesablanmış siyasətimiz nəticəsində bu hədəflərə zamanında, yüksək səviyyədə nail oluruq. Reallığa çevrilən hədəflər yeni məqsədlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur.  Bu hədəflərə çatmaqla Azərbaycanın siyasi,  iqtisadi sahədə dayanıqlı inkişafı təmin edildi, beynəlxalq aləmdə mövqeyi möhkəmləndi, əsl söz sahibinə çevrildi. Ölkəmizi Qələbəyə aparan Ordumuzun maddi-texniki bazası möhkəmlənləndirildi.  İşğal olunmuş torpaqlarımız 44 günlük Vətən muharibəsindən sonra geri alındı. Azərbaycan böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi və bu uğurlarımız əsasında ərazi bütövlüyümüz bərpa edildi. Bununla yanaşı Azərbaycan dövləti həm regionda, həm də dünyada söz sahibi ölkəyə çevrildi.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı. Zəfər tariximiz yeni raeallıqlar yaratmaqla yanaşı, yeni hədəflər qarşıya qoyuldu. 
Tarixi Zəfərimizin reallıqları əsasında VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. Partiyanın VII qurultayında yeni tərkib formalaşdı. Veteranlar Şurası yaradıldı. Gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılması qarşıya mühüm vəzifə kimi qoyuldu. Partiyanın yeni Nizamnaməsi qəbul olundu.  Dövlət başçısı İlham Əliyev VII qurultayda yeni reallıqlar əsasında partiyanın yeni Proqramının hazırlanmasının və təsdiqinin vacibliyini bildirdi. 5 fəsildən ibarət olan yeni Proqram YAP İdarə Heyətinin qərarı əsasında təsdiqləndi.  “Biz birlikdə güclüyük!” devizini özündə əks etdirən Proqramda postmünaqişə dövrünün reallıqları, görüləcək işlər öz əksini tapıb. 32 illik fəaliyyətinin reallıqlarını özündə ifadə edən yeni Proqramı, Nizamnaməsi əsasında qeyd edən Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə görüləcək işləri sırasında hazırda işğaldan azad edilmiş ərazilərimizdə başlayan və geniş miqyas alan bərpa-quruculuq işlərini daha da  sürətləndirmək, Böyük Qayıdışın tam şəkildə reallığa çevrilməsinə nail olmaq dayanır.

YAP ölkəmizdə gedən bütün proseslərin mərkəzində 

Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib. YAP-ın əzəmətli qələbələri bütün  seçkilərində, siyasi hadisələrdə də özünü göstərməkdədir. Son illərdə keçirilən prezident seçkiləri, parlament seçkilərində də mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP-ın əhəmiyyətli qələbələr qazanması xüsusi vurğulanmalıdır. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP-ın daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir. 
Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir,  müxtəlif beynəlxalq təşkilatların iclasında aktiv iştirak edir, dünyəvi məsələlərin müzakirəsində yaxından iştirak edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın  29-cu konfransının yəni COP 29 -un  Azərbaycanda keçirməsi də dediyiklərimizə sübutdur. 


YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir. 
İlham Əliyevin sədrliyi ilə bugun Partiya özünü daim inkişaf etdirir və xalqa xidmət etməyə davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri