Icma.az
close
up
RU
Xalqın içində xüsusi çəkisi olan jurnalist...

Xalqın içində xüsusi çəkisi olan jurnalist...

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlqar Həsənov- 66
O, 1959-cu ilin avqust ayının 24-də Gəncə şəhərində dünyaya gəlib. Orta təhsilini orada başa vuraraq Bakıya üz tutub. Burada BDU-nun jurnalistika fakültəsinə qəbul olunub. 1981-ci ildə həmin fakültəni bitirərək ali təhsilə yiyələnib. Əmək fəaliyyətinə isə, 1981-ci ildə “Bakı- Baku axşam qəzeti”ndə müxbir kimi başlayıb. Bir müddət burada çalışdıqdan sonra, 1987-ci ildən bir neçə il “Azərittifaq”da baş təlimatçı olub. Daha sonra “Azərittifaq”ın “Azərbaycan kooperatoru” jurnalında baş redaktorun müavini vəzifəsində işləyib. Bir qədər sonra “Azərittifaq”ın Təşkilat və mətbuat xidməti idarəsinin rəisi vəzifəsində çalışıb. 2001-ci ildən “Xalq qəzeti”ndə bölgə müxbiri kimi fəaliyyətini davam etdirir. İki publisist kitabın müəllifidir...
Mühacirət tariximizin bilicisi, filologiya elmləri doktoru, professor Abid Tahirli onun haqqında yazır: “Heyrətamiz hafizəsi, çevik zəkası, bənzərsiz ünsiyyət qurmaq bacarıgı, baməzə söhbət və şux zarafatları, ətrafına qarşı diqqət və həssasiyyəti, açıq və demokratik düşüncəsi, yüksək milli- mənəvi dəyərləri ilə nəinki ötən əsrin 70-ci illərində təhsil aldığı qrupda, bütünlüklə jurnalistika fakültəsinin, həmçinin bizimlə qonşu Şərqşunaslıq, Hüquq fakültələrinin tələbələri arasında fərqlənir, sayılıb seçilirdi...”
Böyük şairimiz Məmməd Arazın yadigarı, əməkdar jurnalist İradə Tuncay isə onun barəsində söyləyir: "Onunla biz Universitetin jurnalistika fakültəsində birgə təhsil almışıq. Hələ tələbəlik illərindən o hər kəsdən seçilir, hamı tərəfindən sevilirdi. Onda qeyri-adi cazibə qüvvəsi vardı. İstənilən adamla bircə söhbətdən sonra həmin adam yenə də onunla həmsöhbət olmaq istəyirdi. Onun cazibəsini heç nə neytrallaşdıra bilmirdi. İllər keçsə də o, hələ də bu cazibəni qoruyub saxlaya bilib..."
Bəli, söhbət İlqar Musayeviç kimi də tanınan, İlqar Həsənovdan gedir. O İlqar Həsənovdan ki, həmkarı, əməkdar jurnalist İttifaq Mirzəbəyli onu belə təsvir edir: "İlk məqaləsi 6-cı sinifdə oxuyarkən “Kirovabad koministi” qəzetində işıq üzü görən İlqar Həsənov həm də sözün həqiqi mənasında milli mətbuatımızın təəssübkeşlərindəndir. İlk dəfə 17-18 yaşlarında ayaq basdığı "Xalq qəzeti" dəhlizlərində gördüklərini elə danışır, elə söyləyir ki, eşidən hər kəs bu redaksiyaya əstağfürullah, müqəddəs məkan kimi baxmaq istəyir. O, hətta hazırladığı kiçik bir xəbərdə bayağılıqdan uzaq olduğu kimi hansısa əhatəli məqaləni də canlı yazıya çevirməyə çalışır və nail olur. Həmişə də "biz jurnalist olana qədər Nəsir İmanquliyevdən, Ağababa Rzayevdən, Rəfael Nağıyevdən, Əfqan Əsgərovdan, Əşrəf Hacıyevdən, Əhməd İsayevdən həyat dərsi almışıq"- deyir. İndiki mətbuatdakı bəzi xoşagəlməz məqamları görəndə isə heç kəsi tənqid eləmir, "Allah bundan betərindən saxlasın!"- deməklə kifayətlənir..."
Mehriban yoldaşlığı, mədəni davranışı var. Yaxşı dost və istedadlı jurnalist kimi tanınır. Güclü intellekti onu çətinliklərdən həmişə qoruyur. Səmimi, dürüst, eyni zamanda çox emosionaldır. Düzgünlüyü və ədaləti ilə seçilir. Yalan danışmağı xoşlamır, kimisə aldatmaqdan xoşu gəlmir. Zəhmətkeşdir, məqsədinə çatmaq üçün əzmlə çalışır. Səxavətlidir, qazandığı pulu yaxınlarının rifahı üçün xərcləməklə yanaşı, dostların da çevirəsində sərf etməyə ürəklidir. Bir sözlə, İlqar Həsənov xalqın içində xüsusi çəkisi olan jurnalistlərdəndir...
Tələbəlik vaxtlarında onunla beş il eyni auditoriyanın havasını udan, qrup yoldaşı, bu yaxınlarda 70 yaşı tamam olacaq filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli deyir: “İlqar Həsənovu 1976-cı ilin iyul ayından- sənədlərimizi universitetin jurnalistika fakültəsinə verən gündən tanıyıram. Zarafat deyil, gələn il tanışlığımızın əllinci ili olacaq. İlqar ilqarı pozan deyil. Heç dəyişməyib. Jurnalistika fakültəsinin 3796-cı qrupunda beş il necə idisə, indi də elədir. İstedadlıdır, qələminə söz ola bilməz. Bir az tənbəllik edir, az yazır, amma gözəl yazır. Xeyirxahdır, ünsiyyətcildir, sosialdır. Media camesində onu tanımayan yoxdur. Nəinki tanıyırlar, həm də sevirlər, hörmət edirlər. Xoş aurası, şirin və baməzə söhbətləri var. Əsil dostdur. Əsil dost ulduza bənzəyir, qaranlıq olanda görünür. İlqar dost üçün hər əziyyətə qatlaşır, çətin günündə onun yanında olur. Təkcə dostlarının yox, ona pənah gətirən hər kəsin köməyinə çatır. Hətta tanımadığı insanların xahişini etməkdən usanmır. Kömək etməyi özünə borc bilir. Hər kəs İlqarı tanıdığını ürəkdən söyləyir. Ona görə ki, İlqar onu tanıyanlar üçün dəyərdir...”
...Avqustun 24-ü İlqar Həsənovun 66 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram. Çox yaşasın!

Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Avqust 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see400

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see248

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see241

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see207

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see205

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see202

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see188

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see180

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see179

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see176

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see175

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see174

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see172

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see172

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see171

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see169

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see165

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see162

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see161

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri